Azərbaycanlı kinematoqrafçılar Ülviyyə Əhmədova və Nicat Dadaşovun “Mənim evim” tammetrajlı sənədli film layihəsi CHANGE birgə film istehsalı üzrə təlim proqramına seçilib.
8 ay davam edəcək təlimlər 2025-ci il 8-12 noyabr və 2026-cı il 14-18 yanvar tarixlərində Moldovada, 2026-cı il martın 14-18-də isə Danimarkada baş tutacaq.
Layihənin ssenari müəllifi və rejissoru Ülviyyə Əhmədova, prodüseri isə Nicat Dadaşovdur. Layihə 1989-cu ildə evini tərk etmiş Vəlinin 36 il sonra öz evini və ailəsinin məzarını görmək üçün etdiyi səyahətdən bəhs edir.
Xatırladaq ki “Mənim evim” layihəsi bu il Azərbaycan Kinematoqrafçılar İttifaqının AKİDocs layihəsinin qaliblərindən biri olub və Sarayevoda keçirilən nüfuzlu WARM Festivalı çərçivəsində təşkil olunan “WARM Academy” proqramında iştirak edib. Azərbaycan Kinematoqrafçılar İttifaqı sözügedən layihəyə maliyyə dəstəyi ayırıb.
Qeyd edək ki, Ülviyyə Əhmədova və Nicat Dadaşov AKİ-nin kino məktəbinin yetirməsidir.

