Gənc rejissor Azər Quliyev Prezident mükafatına layiq görüldü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109‑cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq “2022-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, elm və təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən şəxslərə 2022-ci il Gənclər üçün Prezident mükafatları verilib.

Mükafat alanlar arasında gənc rejissor Azər Quliyev də var.

Xatırladaq ki, Azər Quliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. “Pa-Pa”(2017), “Təngnəfəs”(2021) filmlərini çəkib. Bundan başqa, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq məqsədilə keçirdiyi “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsində Azər Quliyevin “İkinci planetin qırmızı rəngi”(“Mozalan” studiyası)  adlı layihəsinin qaliblərindən olub.

Rejissor Azər Quliyevi Prezident mükafatına layiq görülməsi münasibətilə təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!

Aki.az