AZƏRBAYCAN KİNEMATOQRAFÇILAR İTTİFAQI

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKI) 11 yanvar 1963- cü ildə Respublika Kinematoqrafiya İşçilərinin I  Təsisat Qurultayında yaradılmışdır.

Azərbaycan Kinematoqrafçılar İttifaqı Azərbaycanın peşəkar yaradıcı kino işçilərini könüllü əsaslarla birləşdirən ictimai təşkilatdır.

Azərbaycan Kİ Azərbaycan Respublikasının Konstitusiyasından və AR “Qeyri-hökumət təşkilatları (ictimai qurumlar və fondlar)  haqqında” qanunundan qaynaqlaraq  öz nizamnaməsi əsasında fəaliyyət göstərən müstəqil təşkilatdır.

İttifaqın əsas məqsədi milli kinonun, milli mədəniyyətin və dünya kinosunun əsas hissəsi olaraq inkişaf etdirilməsidir.

Təşkilat fəaliyyətini əsasən Azərbaycan Respublikasının ərazisində həyata keçirir. Eyni zamanda digər ölkələrin kinematoqrafiya təşkilatları ilə yaradıcılıq və işgüzar əlaqələr həyata keçirir, öz üzvlərinin xarici ölkələrdəki maraqlarını təmsil edir, onların peşəkar, vətəndaş, sosial hüquqlarını müdafiə edir.

Bundan başqa, digər yaradıcı və ictimai təşkilatlarla, respublikanın dövlət orqanları ilə milli mədəniyyətin inkişaf konsepsiyalarının işlənib hazırlanmasında da yaxından iştirak edir.

Və ən əsası öz üzvlərinin xarici ölkələrdəki maraqlarını təmsil edir, onların peşəkar, vətəndaş, sosial hüquqlarını müdafiə edir.