Hilal Baydarov: Filmin mərkəzində öz varlığının səbəbini anlamağa çalışan insan durur

77-ci venesiya Beynəlxalq Film Festivalı başlayıb. Festivalda əsas müsabiqə proqramında mükafatlar uğrunda Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” filmi də daxil olmaqla 18 film mübarizə aparacaq. Festivalın saytı “Səpələnmiş ölümlər arasında” filminin məzmunu haqda qısa anons yayıb:

Filmin qəhrəmanı Davud  yanlış anlaşılan, narahat həyatına məna və sevgi gətirəcəyinə inandığı əsl ailəsini axtaran bir gəncdir. Günlərin birində insanlarla  bir-birinin ardınca gözlənilməz qəzalar yaşadığı və hər dəfə ölümlə nəticələndiyi zaman gözəgörünməz xatirələr və narahatlıqlar üzə çıxır. Davud itkin düşmüş “yarısı”nı yenidən tanımaq üçün səyahətə yollanır və nəhayət təhlükə içində yaşamağın onun taleyinə yazıldığını, ölümün onun hekayələrindən daha güclü olacağını və bütün bunlardan imtina etməyin həyata tamamilə qovuşmaq təşəbbüsü olduğu nəticəsinə gəlir. Çevrilmə yoluna qədəm qoyan Davud sonda həmişə yaşadığı yerə geri dönür. Burada isə onu Məhəbbət gözləyir…Ola bilsin ki, çox gecdir…

Rejissor Hilal Baydarov festivalın saytında yayılmış “rejisor şərhində” filmi haqda fikirlərini bölüşüb: “Mənim işimin mərkəzində öz varlığının, bu dünyada mövcud olmasının səbəbini anlamağa çalışan insan durur. Bu insan sevə bilmir, lakin hələ də sevgiyə inanır. Bu insan əsl ailəsini axtarmağa çalışır və əmindir ki, onun həyatına əsl məna qatacaq. Bu hekayədə Davud bizə sevginin mümkünlüyün xatırladan şəxsdir.  Mən onun həyat yolunu nümayiş etdirmək istəyirdim. Beləliklə mən həmişə Bressonun “başa düşmədən öncə hiss etmək” ifadəsini xatırlayıram və hər zaman ilham aldığım anlara köklənirəm. İlham aldığım anda şübhə yoxdur: suallar bu kimi anlarda mənim diqqətimi yayındıra bilər.  Bu isə öz növbəsində bu prosesi başa düşən və onu özününkü kimi qəbul edən bir qrup insanla işləməyə kömək edir. Mən utancaq insanam və tanımadığım insanlarla ünsiyyət qurmaq mənim üçün çətindir. Bu səbəbdən daim işlədiyim insanların çoxu əslində mənim ailəm və yaxın dostlarımdır. Azərbaycan mühitində çox məhdudiyyətlər ola bilər və əslində etiraf etməliyəm ki, mən məhdudiyyətləri xoşlayıram. Onlar məni, bizim hamımızı öz hisslərimizi ifadə etmək üçün yeni yollar axtarmağa vadar edir. Ümid edirəm ki. buna filmdə rast gəlirik.”

Xatırladaq ki, sentyabr ayının 10,11,12-si tarixlərində Hilal Baydarovun filminin nümayişi olacaq.

aki.az