İctimai-siyasi xadim Tofiq Bağırova həsr olunmuş sənədli film çəkilir
“Press Klub TV ” yeni sənədli filmin çəkilişlərinə start verib.
“Zamanın sınağında” adlanan sənədli film tanınmış ictimai siyasi xadim Tofiq Bağırova həsr olunub.
Xatırladaq ki, Tofiq Bağırov Dağlıq Qarabağ hadisələri başlanan zaman(1988) aktiv fəaliyyət göstərən dövlət xadimlərindən biri olub. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müşaviri, “Qayğı” və “Qarabağa yardım” Cəmiyyətlərinin İdarə Heyətinin Sədr Müşaviri, 1988-2003-cü illərdə Azərbaycan Respublikasının Ali Sovetinin sədr müşaviri olub. 1990-1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı seçilən T.Bağırov, Müstəqillik Aktının müəlliflərindən biri olub və Komissiya Sədri kimi onun təklifi ilə 18 oktyabr tarixi 1991-ci ildən etibarən Azərbaycanda Müstəqillik bayramı kimi qeyd olunmağa başlayıb.
Tofiq Bağırova həsr olunan “Zamanın sınağında” filminin çəkilişləri Gəncə və Göy-göl şəhərlərində lentə alınacaq.
Filmin ssenari müəlifi Yüksəl Bağırov, rejissoru Aydan Əhmədova, operatoru Rafiq Əliyev və Seymur Əlizadə, montaj Davud Mikayıllı və prodüseri Qulu Məhərrəmlidir.
aki.az