“II Qorqud Ata Türk Dünyası Film Festivalı” qaliblərini açıqladı

1-5 noyabr tarixlərində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bursa şəhərində keçirilən “II Qorqud Ata Türk Dünyası Film Festivalı” (“2. Korkut Ata Türk Dünyası Film Festivali”) qaliblərini elan etdi.

Qeyd edək ki, Türk dünyası kinematoqrafiyasının ortaq mədəni dəyərlərini inkişaf etdirmək məqsədilə keçirilən festivalda Azərbaycan filmləri də böyük maraqla qarşılanıb. Belə ki, festivalda Azərbaycandan Teymur Şahinoğlunun “Dalan” filmi liderlik uğrunda mübarizə aparıb. Müsabiqədən kənar isə “Dəli Kür” (bərpa olunmuş versiya) və “Otel otağı” filmləri nümayiş olunublar.

“Ən yaxşı rejissor işi” nominasiyası üzrə “Qorqud Ata” mükafatına Azərbaycandan rejissor Vaqif Mustafayev “Həyat deyəsən gözəldir” filminə görə layiq görülüb. Digər qalibləri təqdim edirik:

  • “TÜRKSOY”-un xüsusi mükafatı

Yulduz Rəcəbova (Özbəkistan)

  • “Türk mədəniyyətinə verdiyi töhfələrə” görə

Sadik Sher-Niyaz, Arslan Ayberdiyev(Qırğızıstan)

Rano Şodieva (Özbəkistan)

Kanat Torebay (Qazaxıstan)

Mehmet Bozdağ (Türkiyə)

  • “Sədaqət mükafatları”

Osman Sınav

Türkan Şoray

  • “Ən yaxşı film” mükafatı

Dilmurod Masaidov (Özbəkistan)

  • “Ən Yaxşı Ssenari” mükafatı

Semih Kaplanoğlu (Türkiyə)

  • “Ən yaxşı aktrisa” mükafatı

Kalipa Taştanova (Qırğızıstan)

  • “Ən yaxşı kişi aktyoru” mükafatı

Kayrat Kemalov (Qazaxıstan)

  • “Ən yaxşı sənədli film” mükafatı

Furkat Usmanov (birinci mükafat)

Aygül Cherendinova (ikinci mükafat)

İsmət Arasan (üçüncü mükafat)

Mükafatlandırma mərasimi bitdikdən sonbra elan edilib ki, III Qorqud Ata Film Festivalına Azərbaycan ev sahibliyi edəcək. Festivalın simvolu Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimova təqdim olunub.

A.Kərimov iştirakçıları işğaldan azad edilmiş tarixi Azərbaycan torpağı – Şuşada keçiriləcək film festivalında görmək istədiyini ifadə edib.

aki.az