“II Qorqud Ata Türk Dünyası Film Festivalı” qaliblərini açıqladı
1-5 noyabr tarixlərində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bursa şəhərində keçirilən “II Qorqud Ata Türk Dünyası Film Festivalı” (“2. Korkut Ata Türk Dünyası Film Festivali”) qaliblərini elan etdi.
Qeyd edək ki, Türk dünyası kinematoqrafiyasının ortaq mədəni dəyərlərini inkişaf etdirmək məqsədilə keçirilən festivalda Azərbaycan filmləri də böyük maraqla qarşılanıb. Belə ki, festivalda Azərbaycandan Teymur Şahinoğlunun “Dalan” filmi liderlik uğrunda mübarizə aparıb. Müsabiqədən kənar isə “Dəli Kür” (bərpa olunmuş versiya) və “Otel otağı” filmləri nümayiş olunublar.
“Ən yaxşı rejissor işi” nominasiyası üzrə “Qorqud Ata” mükafatına Azərbaycandan rejissor Vaqif Mustafayev “Həyat deyəsən gözəldir” filminə görə layiq görülüb. Digər qalibləri təqdim edirik:
- “TÜRKSOY”-un xüsusi mükafatı
Yulduz Rəcəbova (Özbəkistan)
- “Türk mədəniyyətinə verdiyi töhfələrə” görə
Sadik Sher-Niyaz, Arslan Ayberdiyev(Qırğızıstan)
Rano Şodieva (Özbəkistan)
Kanat Torebay (Qazaxıstan)
Mehmet Bozdağ (Türkiyə)
- “Sədaqət mükafatları”
Osman Sınav
Türkan Şoray
- “Ən yaxşı film” mükafatı
Dilmurod Masaidov (Özbəkistan)
- “Ən Yaxşı Ssenari” mükafatı
Semih Kaplanoğlu (Türkiyə)
- “Ən yaxşı aktrisa” mükafatı
Kalipa Taştanova (Qırğızıstan)
- “Ən yaxşı kişi aktyoru” mükafatı
Kayrat Kemalov (Qazaxıstan)
- “Ən yaxşı sənədli film” mükafatı
Furkat Usmanov (birinci mükafat)
Aygül Cherendinova (ikinci mükafat)
İsmət Arasan (üçüncü mükafat)
Mükafatlandırma mərasimi bitdikdən sonbra elan edilib ki, III Qorqud Ata Film Festivalına Azərbaycan ev sahibliyi edəcək. Festivalın simvolu Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimova təqdim olunub.
A.Kərimov iştirakçıları işğaldan azad edilmiş tarixi Azərbaycan torpağı – Şuşada keçiriləcək film festivalında görmək istədiyini ifadə edib.
aki.az