XXI Əsr Dəniz Əməkdaşlığı Komitəsi və Xarici Ölkələrlə Dostluq üzrə Fuçjou Xalq Assosiasiyasının sponsorluğu ilə keçirilən Üçüncü İpək Yolu Beynəlxalq Gənclər Fotoqrafiya və Qısa Video Müsabiqəsi müraciətlər üçün artıq açıqdır. Müsabiqə ilə bağlı təfərrüatlar aşağıdakılardır:
Rəsmi vebsayt: https://silkroad.52hrtt.com/
Müraciətlərin qəbulu üçün ən son tarix 31 avqust, 2024-cü ildir. Bu il “Qədim ipək yolu” və “Gənclər mədəniyyətdə” mövzularına fokuslanan müsabiqəyə mədəni irs, mətbəx mədəniyyəti, tarixi binalar və abidələr, dəniz mədəniyyəti, ətraf mühit, məşhur tarixi şəxsiyyətlər və s. daxildir.
- Layihədə kimlər iştirak edə bilər?
Müsabiqədə 12-20 yaş arası yeniyetmələr iştirak edə bilərlər.
Müsabiqə iki kateqoriyadan ibarətdir: Fotoqrafiya və Qısa Videolar. Hər bir kateqoriya üzrə iştirakçılar daha sonra, A qrupuna (12-15 yaşlı yeniyetmələr üçün), B qrupuna (16-20 yaşlı yeniyetmələr üçün) bölünəcəklər.
- Necə iştirak etməli?
Müsabiqədə iştirak pulsuzdur.
Ərizələrinizi ərizə forması (rəsmi internet saytında mövcuddur) ilə birlikdə [email protected] elektron poçtuna göndərin. İştirakçı 2-dən çox iş təqdim edə bilməz. Birdən çox adamla komanda qura bilərsiniz. Komanda olaraq təqdim etdiyiniz işlər, yaşı daha böyük olan komanda üzvünün aid olduğu yaş qrupuna (A qrupu: 12-15, B qrupu: 16-20) daxil olacaq.
- Tələblər
Göndərilən əsərlər orijinal və nəşr olunmamış olmalıdır. Piratlıq və plagiat qadağandır. Müəllif hüquqları ilə bağlı mübahisələr olduqda, iştirakçılar tam məsuliyyəti öz üzərinə götürürlər. Qəbul olunan işlər geri qaytarılmayacaq. Təşkilatçı qalib əsərlərdən, o cümlədən, kitablarda, qəzetlərdə, jurnallarda, filmlərdə və televiziyada, internetdə, KİV-də istifadə etmək hüququna malikdir və qəbul edilmiş əsərlərə görə əlavə ödəniş edilmir.
Şəkillər üçün:
(1) Siz rəngli və ya qara-ağ şəkil (-lər) təqdim edə bilərsiniz. İşinizin (-lərinizin) fayl adında aşağıdakılar olmalıdır: əsərin adı, müəllif (-lər)in adı, əlaqə məlumatları.
(2) Hər bir təqdim edilən foto JPG formatında olmalı və faylın ölçüsü 1MB-dan az olmamalıdır. Xam məlumat (raw data) faylları yoxlanılma üçün saxlanmalıdır, çünki finalçılar sorğu əsasında RAW və ya orijinal kamera fayllarını təqdim etməli olacaqlar.
Qısa videolar üçün:
(1) Video işi 3 dəqiqədən çox olmamalıdır. Çin və ya ingilis dilindən başqa dillərdə hazırlanmış videolar Çin və ya ingilis dillərində subtitrlərlə təmin edilməlidir.
(2) Görüntü keyfiyyəti üçün minimum tələb 720P-dir və təqdim olunan qısa videolar MP4 formatında olmalıdır. Orijinal videolar və xam məlumat faylları yoxlanılma üçün saxlanılmalıdır, çünki finalçılar sorğu əsasında RAW və ya orijinal kamera fayllarını təqdim etməlidirlər.
(3) Videonun çəkilişi və montajı müəllif (-lər) tərəfindən müstəqil şəkildə həyata keçirilməlidir.
4. Mükafatlandırma:
4 qrupun hər birində 3 “Birinci yer”; 5 “İkinci yer”; 10 “Üçüncü yer” və 20 “Əla” qalibləri olacaqdır.
(1) Birinci yer: Fotoqrafiya kateqoriyasına görə CNY 2000 (iki min Çin Yuanı) Qısa video kateqoriyası üçün CNY 5000 ( beş min Çin Yuanı)
(2) İkinci yer: Fotoqrafiya kateqoriyasına görə 1000 CNY (min Çin Yuanı), Qısa video kateqoriyası üçün CNY 3000 (üç min Çin Yuanı)
(3) Üçüncü yer: Fotoqrafiya kateqoriyasına görə 500 CNY ( beş yüz Çin Yuanı), Qısa video kateqoriyası üçün 1000 CNY (min Çin Yuanı)
• Əla Mükafatı: Suvenir
Əlaqə məlumatı: Hər hansı sual yaranarsa, [email protected] və ya [email protected] elektron ünvanları,
tel: 0086 0591-87620010, 0086 0591-83771172 nömrələri ilə əlaqə saxlayın.
Müsabiqə Fujou Bələdiyyə Xalq Hökumətinin Xarici Əlaqələr İdarəsi, Fujou Ədəbiyyat və İncəsənət Dərnəkləri Federasiyası və Fujou Bələdiyyə Təhsil Bürosu tərəfindən təşkil edilir.
Asiya Sakit Okean Ümumdünya Birləşmiş Şəhərlər və Yerli Hökumətlər Təşkilatı, Çin Beynəlxalq Təhsil Kolleci, Xiamen Universiteti tərəfindən layihəni dəstəkləyən tərəflərdir.