İradə Bağırzadə: “Dövlət maliyyəsinə təqdim edilən layihələr və studiyalar arasında ədalətli rəqabət olmalıdır.”
Podkastın qonağı ”Buqələmun”, “Şəhər motivləri” kimi uğurlu layihələrin prodüseri İradə Bağırzadə Azərbaycanda prodüser kinosunun inkişafı üçün tələb olunan münbit şərait, layihələrin hazırlanması, büdcənin tərtibi və birgə istehsalat kimi vacib mövzulardan danışır. O hesab edir ki, filmlərin dövlət tərəfindən maliyyələşdirilməsi ekspertlərdən ibarət komissiya tərəfindən şəffaf şəkildə müəyyən edilməlidir. İradə Bağırzadə: ”Azərbaycanda həqiqi kino istehsalı ilə məşğul olan özəl studiyaları həddindən artıq azdır. Onlar özlərini dolandırmaq üçün əsasən reklama, xırda kommersiya layihələrinə üstünlük verirlər. Müəllif filmlərinin yalnız dövlət tərəfindən maliyyələşdirilməsi bu məsələnin əsas səbəblərindən biridir. Buna görə də ciddi islahatlara başlamaq lazımdır”