İttifaqın kitabxanası yeni kino ədəbiyyatı ilə təmin edilib
Xəbər verdiyimiz kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (Rossotrudnicestvo) rəhbəri İrek Zinnurovu qəbul etmişdi.
Görüşdə Azərbaycan və Rusiya kinematoqrafçılarının əməkdaşlıq perspektivləri, azərbaycanlı tələbələrin Moskvada kino instututlarında təhsili və Rusiya Kino Günlərinin keçirilməsi təşəbbüsləri müzakirə olunub. Hər iki tərəf iki ölkə kinematorafçılarının əlaqələrinin effektivliyini qeyd etmiş və bu ənənənin saxlanılması və inkişaf etdirilməsinin vacibliyini təsdiqləmişlər. Artıq əməkdaşlığın ilkin mərhələsi həyata keçirilib. Belə ki, Rusiya Mədəniyyət Mərkəzi və AKİ arasında Kino Məktəbi və İttifaqın kitabxanasının yeni peşə ədəbiyyatı ilə təmin edilməsi üçün əməkdaşlıq haqda razılıq əldə edilmişdi. İttifaq, K. Voqler, S. Fild, M. Xeyq kimi ünlü müəlliflərin kitablarını artıq əldə edib, tələbə və üzvlərin ixtiyarına verib.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyi Rusiya Mədəniyyət Mərkəzinin rəhbəri İrek Xayrulin və Mərkəzin əməkdaşı Tamilla xanım Həsənovaya dəstəyə görə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, Katiblik Azərbaycan dilində də yeni peşə ədəbiyyatının formalaşması üçün layihələrə təşəbbüs göstərib və layihələr istehsal mərhələsindədir.
aki.az