Oktyabrın 18-də Azərbaycan Kinematoqrafçılar İttifaqının təlimlərinin iştirakçılarının buraxılış tədbiri keçirilib.
“Rejissorluğun dramaturgiyası” və “36 dramatik vəziyyət” təlimlərinin iştirakçıları tədris müddətində qazandıqları biliklər əsasında hazırladıqları işləri təqdim etdilər və sertifikatlarını aldılar. Hər iki kursun rəhbəri AKİ-nin katibi, rejissor və prodüser Oleq Səfərəliyevdir. Tədbirdə AKİ-nin İdarə Heyətinin üzvləri, kinoşünas Nadir Bədəlov və kinotənqidçi Sevda Sultanova çıxış edərək ssenarinin və ümumilikdə kinematoqrafiyanın əhəmiyyətindən danışdılar, məzunlara gələcək fəaliyyətlərində uğurlar arzuladılar.


“Rejissorluğun dramaturgiyası” təlimini uğurla başa vuranların adlarını təqdim edirik: Xavər Nəcəf, Vəfa Məmmədova, Mahmud Hüseynov, Oleq Namazov, Rəna Əhmədova.
“36 dramatik vəziyyət” təlimini uğurla başa vuranlar: Anar Qafarov, Aynur Qarayeva, Aygün Şikarova, İşıq Hüseynov, Müşfiq Yunusov, Mənzər Hüseynova.
“36 dramatik vəziyyət” təlimindən üç iştirakçı Rasim Balayevin göstərişilə layihələrini inkişaf etdirmək üçün fərdi mentorluq alacaqlar. Bu, Aynur Qarayevanın “Əsgər anası”, Aygün Şikarovanın “Yeni həyat”, Mənzər Hüseynovanın isə “Qeys” layihələridir.
Qeyd edək ki, AKİ-nin təlimləri noyabrdan yenidən start götürəcək.

