Hörmətli həmkarlar,
Kinematoqrafçılar İttifaqları Konfederasiyası Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Azərbaycanın Xalq artisti Rasim Balayevin vəfatı ilə əlaqədar dərin hüzn içindədir. Səmimi başsağlığımızı qəbul edin.
Adı Azərbaycan kinematoqrafının tarixinə əbədi həkk edilmiş ustad sənətkar həyatdan köçdü. O, istedadı, sənətə sədaqəti, Azərbaycan Kinemaoqrafçılar İttifaqının sədri olaraq fəaliyyəti ilə kino ictimaiyyətinin inkişafına dayaq, həmkarları üçün ilham mənbəyi, yeni nəsil kinematoqrafçılar üçün isə kino sənətinə yiyələnməyin düzgün yol göstərəni olmağı bacardı.
Rasim Balayev parlaq istedadlı aktyor olmaqdan başqa həm də müdrik lider, yüksək mədəniyyətə və ləyaqətə malik insan idi. Təşkilatlarımız arasında peşəkar və yaradıcı əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfə çox böyükdür.
Bu hüznlü anlarda biz sizin acınızı bölüşürük, itkinizə şərik olduğumuzu bildiririk. Ailə üzvlərinə, yaxınlarına, dostlarına, həmkarlarına və onunla çalışmaq, ünsiyyətdə olmaq şərəfinə nail olmuş hər kəsə dərin hüznlə başsağlığımızı çatdırmağınızı rica edirik.
Rasim Balayevin işıqlı xatirəsi ürəklərimizdə əbədi yaşayacaqdır.
Hörmətlə, Kinematoqrafçılar İttifaqları Konfederasiyasının sədri Arendareviç Y. N.

