Yeni nəsil azərbaycanlı kinematoqrafçılar və yeni filmlərin təbliği məqsədilə həyata keçirilən layihə çərçivəsində ilk nümayiş martın 15-də “Azərbaycan” CinemaPlus-da rejissor İlkin Yusifin “Mən Qəhrəman Axtarıram” filminin premyerası ilə baş tutdu.
“Yeni Azərbaycan kinosu” layihəsi çərçivəsində yeni nəsil rejissorların işləri tamaşaçılarla görüşə gəldi. Martın 29-da Amil Amalın “Titrəmə”, Ərturan Nəcəfinin “Səs”, Azər Quliyevin “Təngənəfəs” və “Pa-pa” filmləri, aprelin 5-də Türkan Hüseynin “Sonuncu foto”,Şirin Əhmədovun “Günel” və Pərviz Gülməmmədovun “Oğul” filmləri, aprelin 12-də Fariz Əhmədovun “Sonuncu” , Nurlan Həsənli ilə Toğrul Musanın debutü olan “Bir Ata haqqında” mayın 10-da isə “Kadrarxasında qalan Azərbaycan” adı ilə yerli sənədli filmlərə həsr olunmuş tədbir baş tutdu və Rövşən Nicat, Nurlan Həsənli, Lətif Lətifsoy və Əfsanə Yusifin filmləri nümayiş olundu. Yerli filmlərin nümayişi Əli-Səttar Quliyevin “Olimpia” filmi ilə dekarın 20-də yekunlaşdı.