Kino Evində “Batalyon” sənədli filminin nümayişi olacaq
15 noyabr Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində “Batalyon” filminin nümayişi keçiriləcək.
Rejissor Nizami Abbasın quruluş verdiyi sənədli film 1991-ci ildə yaradılan, mübarizəsi ilə tarixə yazılan, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlər aparmış, sözün həqiqi mənasında qəhrəmanlıq nümayiş etdirmiş Tərtər batalyonu haqqındadır. Atıq əfsanəyə çevrilmiş batalyonun keçdiyi şərəfli döyüş yolundan bəhs edən filmin çəkilişləri Ağdərə rayonunun işğaldan azad olunan ərazilərində lentə alınıb.
Filmin ssenari müəllifi və quruluşçu rejissoru Nizami Abbas, operatoru Üzeyir Abbas, montaj rejissoru Mübariz Nağıyev, prodüseri Cavid İmamverdiyev, bəstəkarı Rauf Əliyevdir.
Xatırladaq ki, sənədli film Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində saat 19.00-da nümayiş olunacaq.
Azərbaycan Kinematoqrafçılar İttifaqı