Kino Evində nümayiş olunacaq festival filmlərinin cədvəli
Xəbər verdiyimiz kimi, 3-7 noyabrda Bakıda keçiriləcək V DokuBaku Beynəlxalq Sənədli Film Festivalı builki mövzusu və Azərbaycanda son illərdə keçirilən ən geniş miqyaslı olması ilə seçiləcək.
Azərbaycan Kinematoqrafçılar İttifaqı festivalın əsas tərəfdaşlarından biridir. Bundan başqa İttifaqın mətbu orqanı olan aki.az saytı da festival günlərində informasiya dəstəyini əsirgəməyəcək. Ən önəmli məqamlardan biri isə odur ki, festival filmlərinin nümayiş olunduğu məkanlar sırasında Kino Evi xüsusi rol oynayacaq.
AKİ Kino Evində nümayiş olunacaq filmlərin cədvəlini təqdim edirik:
3 noyabr proqramı
15:00
“Uşaqlığın kölgələri” – Mixail Qorobçuk (Rusiya)
“Bizə qonaq gəl, ana” – Anna Artemyeva (Belçika, Macarıstan, Portuqaliya, Rusiya)
“Nəvazişinə ehtiyacım var” – Andrei Kutsila (Polşa, Belarus)
17:00
“Yanında olacağam” – Virqinija Vareikyte, Maximilien Dejoie (Litva)
4 noyabr proqramı
16:00-da
“Dişləməyəcəyin qarmaq” – Jose David Apel (Arqentina)
“Fantastik” – Maija Blafielad (Finlandiya)
“Ayrılıq” – Hunay Saday (Azərbaycan)
18:00
“Do Baırro (Məhəlləmizdən) – Dioqo Varela Silva (Portuqaliya)
5 noyabr proqramı
15:30
“25 illik tənhalıq” – İrina Vasilyeva (Rusiya)
17:00
“Günəşin altında” – Vitali Manski (Rusiya, Almaniya, Çexiya, Latviya, Ş.Koreya)
19.00
“Köç” – Zaur Məhərrəmov (Azərbaycan)
“9 dəqiqə” – Xamis Muradov (Azərbaycan)
“Sərhəd” – Nizami Abbas (Azərbaycan)
“Dissonans” – Teymur Bəkirzadə (Azərbaycan)
“Altıaylıq” – Mirsadıq Ağazadə (Azərbaycan)
6 noyabr proqramı
12:00
“Müəllim” – Yuliya Vişnevetskaya (Rusiya)
15:00
“Magaluf – Ruhlar şəhəri” – Miguel Angel Blanca (İspaniya)
17:00
“Kirli göy üzü” – İvaro F.Pulpeiro (Kolumbiya, İspaniya, Böyük Britaniya, Venesuela)
19:00
“Bukolik” – Karol Palka (Polşa)
7 noyabr proqramı
12:00
“Həyat davam edir” – Daniel Maurer (İsveçrə)
14.00
“Coy” – Darya Slyusarenko (Rusiya)
16:00
“Süd və bal yurdu” – Hector Dominguez Viquera, Carlos Mora Fuentes, Gonzalo Recio (İspaniya)
18:30
“Böyük bal” – Laetitia Carton (Fransa).
aki.az