Kino Evində “Qaranlıqdan reportaj” filminin premyerası

Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində Azərbaycan və Fransa (Memuar Films, Caracteres Productions) birgə istehsalı olan, rejissor Elvin Adıgözəlin “Qaranlıqdan reportaj” (“Reporting from Darkness”) tammetrajlı bədii filminin  premyerası olacaq.

Qeyd edək ki, film əyalətdə yaşayan jurnalist Kərimin həyatından – qəhrəmanın keçdiyi həyat yolundan bəhs edir.

Bölgə müxbiri kimi əyalətdə yaşamaq, jurnalistika sahəsində iş tapmaq və ən önəmlisi həqiqəti yazmaq asan göründüyü qədər də çətindir ki, bütün bunlar Kərimin timsalında tamaşaçıya çatdırılır.

“Qaranlıqdan reportaj” filminin çəkilişləri Biləsuvar rayonunda və Bakı şəhərində aparılıb.

Yeri gəlmişkən, 2018-ci ildə 29-cu Marsel Beynəlxalq Film Festivalın əsas yarışma bölməsində iştirak edən film Azərbaycanda müstəqil kinonun uğuru kimi dəyərləndirilir.

Filmin prodüserləri İntiqam Hacılı və Elvin Adıgözəl, ko-prodüserifranasız Etienne de Ricaud, operatoru Vasif Vəlizadə, icraçı prodüseri Əfsanə Əliyeva, art-direktoru Nilufər Hacılıdır. Ekran əsərinin musiqisi Alain Kremskinə aiddir.

Filmdə Elşən Ədalətli, Pərviz Gülməmmədov, Nigar Kulahmədova, Cahangir Məlikov, İlqar Dadaşov, Əhməd Qala, Vüqar Arıqlar, Tarix Vüsallı, Sevil Əlibəyli, Ruslan İsmayılov, Tərlan Rəsulov, Ayşad Məmmədov, Ziyadxan Əliyev çəkiliblər.

Yaradıcı heyətin tədbirinin moderatoru tanınmış kinoşünas Sevda Sultanovadır.

aki.az