Kıno Məktəbinin tələbəsi Azər Allahverdiyev qısa metrajlı filmini yekunlaşdırmaq üzrədir

Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Məktəbində tələbə işlərinin çəkiliş mərhələsi başlayıb. Elnur Paşanın “Quyu” filmindən sonra məktəbin tələbəsi Azər Allahverdiyevin filminin də çəkilişləri Naxçıvanda başa çatıb.

Kənddən şəhərə işləməyə gəlmək üçün planlar quran 3 dostun xəyanətə uğraması və planlarının pozulması fonunda onların yaşadıqları hisslərin təsviri müəllifin əsas məqsədidir.

Qeyd edək ki, A.Allahverdiyev Naxçıvan Dövlət Universitetinin Tarix fakultəsində təhsil alıb. Tələbəlik illərindən də fotoqrafya və kino dünyasına qədəm qoyub.

2017-ci ildən peşəkar reklam çəkilişləri edən Azər, eyni zamanda qısa metrajlı  ssenarilər  üzərində də işləyir.

Ssenarisi və rejissor işi Azər Allahverdiyevə aid olan “3 YOL” filmində əsas rolları Coşqun Hüseyn, Ülvi Behbud  Vüsal İman və Xəzər Behbud  oynayır.

aki.az