Kino Məktəbində rejissor Teymur Hacıyevlə tələbə və dinləyicilərin görüşü keçirilib
Fevralın 25 – də Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Məktəbində prodüser və rejissor Teymur Hacıyevlə tələbə və dinləyicilərin görüşü keçirilib.
Xatırladaq ki, Teymur Hacıyev “Yara” (2013), “Şanxay, Bakı” (2015), “Duz, istiot zövqə görə” (2018) qısametrajlı bədii filmlərinin müəllifidir.
Kino Məktəbində “Yeni Kino” proqramı çərçivəsində təşkil olunan görüşdə rejissor müstəqil layihələr üzərində həyata keçirdiyi iş təcrübəsi haqqında geniş məlumat verib. Bundan başqa, görüşdə kinoda yeni addımlarını atan gənc kinematoqrafçıları maraqlandıran suallara cavab verilib, eyni zamanda müstəqil Azərbaycan kinosunun inkişaf yolları müzakirə mövzusuna çevrilib. Geniş müzakirələrdən sonra görüş maraqlı əhval-ruhiyyə ilə başa çatıb.
Azərbaycan Kinematoqrafçılar İttifaqı