Kino sahəsində Azərbaycan və Fransanın birgə layihələri müzakirə olundu

Türkiyə, Gürcüstan və Azərbaycandakı Fransa səfirliklərinin audiovizual attaşesi Ghislain Vidal-Giraudla Azərbaycan Kinematoqrafçılar İttifaqında görüş keçirilib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov, ittifaqın beynəlxalq əlaqələr üzrə meneceri Afaq Yusifli və kino nümayişləri üzrə menecer Ülviyyə Əhmədovanın iştirakı ilə keçən görüşdə yeni fransız filmlərinin nümayişi, kino haqqında kitabların tərcümə olunması və çapı, Fransa kino məktəbinin aparıcı müəllimlərinin Bakıda masterklasının təşkil olunması, Fransa və Azərbaycanın müstəqil kinematoqrafçıları arasında yaradıcılıq əlaqələrinin yaradılması və s. haqqında müzakirələr aparıldı

aki.az