Kinorejissorlar Gildiyası məhkəməni uddu
Bir neçə ildir ki, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının kabel televiziyası olan “Connect” MMC-ni və “CBC” TV-ni məhkəməyə verməsi və tərəflər arasında olan narazılıqlara görə, məhkəmə prosesinin davam etməsi barədə kütləvi informasiya vasitələrində xəbərlər yayınlanmaqdadır. Hər iki kanalla uzun müddətdir davam edən narazılığın səbəbi “Connect” televiziyasında retroslyasiya yolu ilə yayımlanan audiovizual əsərlər, “CBC” TV-də isə Azərbaycan filmlərin efirdə lisenziyasız istifadəsini qanunu pozaraq həyata keçirilməsidir.
Kinorejissorlıar Gildiyasının iddiasına görə, “Connect” MMC və “CBC” TV fəaliyyətə başladıqları dövrdən Gildiyanın rəsmi və qeyri-rəsmi müraciətlərinə baxmayaraq, müqavilə bağlamadan və müəllif qonorarı ödəmədən, hüquqların qorumasını kollektiv idarəçilik təşkilatı olan Kinorejissorlar Gildiyasına vermiş müəlliflərin – rejissorların, ssenaristlərin, operatorların, rəssamların və bəstəkarların müəllifi olduğu filmləri kabel televiziyası vasitəsilə retranslyasiya yolu ilə və efir vasitəsi ilə nümayişini qanuna zidd olaraq həyata keçirir.
Xatırladaq ki, Azərbaycan Respublikası “Müəlliflik hüququ və əlaqəli hüquqlar” haqqında qanununun 41-ci maddəsinin 2-ci bəndinin 4-cü hissəsinin tələbinə uyğun olaraq əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlara əmlak hüquqlarını kollektiv əsasda idarə etmək səlahiyyətini bilavasitə müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri könüllü olaraq yazılı müqavilələr əsasında və ya bu təşkilatlara üzv olmaqla verirlər. Audivisual əsər istehsalçıları və filmlərin müəllifləri – rejissor, ssenarist, operator, rəssam və bəstəkarlar öz hüquqlarının idarə olunması, qorunması və müdafiəsi məqsədi ilə Kinorejissorlar Gildiyasına kollektiv idarəçiliyə veriblər. Həmin qanunun 12-ci və 15-ci maddələrinə, eyni zamanda Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 20 oktyabr 2017-ci il tarixli 466 № Qərarına əsasən “Azərbaycan Respublikasının ərazisində audiovizual əsərlərin efir və kabel (o cümlədən, retranslyasiya yolu ilə) televiziyası ilə yayımlanmasını, müxtəlif daşıyıcılarda tirajlanmasını və yayılmasını (satış və kirayəyə verməklə), həmçinin kütləvi nümayişini həyata keçirən tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər müəllif qonorarı ödəyirlər.
Məlumat üçün bildirək ki, 2018-ci və 2019-cu ilin əvvəlində keçirilən məhkəmələrdən sonra bu iddialar təmin edilmədiyindən APKG Apellyasiya məhkəməsinə müraciət etmişdir və proseslərin hər iki tərəflə son qərarı Ali Məhkəmə vermişdir
Kinorejissorlar Gildiyasının mətbuat xidmətinin məlumatına görə, 30 iyul 2020-ci il tarixində saat 15.00 də Bakı Appelyasiya Məhkməsində hakim Cahangir Yusifovun sədirliyi ilə iddiaçı Kinorejissorlar Gildiyasının iddia tələbinə dair 2-2(103)-371/2020 saylı iş üzrə – “CBC” TV qarşı Müəllif hüquqlarının pozulması ilə bağlı məhkəmə olmuş və hakim “CBC” TV-nin nümayiş etdiyi filmlərə görə, qonorar ödənilməsi haqda qərar qəbul etmişdir. Bundan öncə isə “müqavilə bağlananadək kanala Kinorejissorlar Gildiyasına hüquqlarını vermiş müəlliflərin filmlərinin nümayiş olunmasını qadağan olunması” haqda qərar artıq qəbul olunmuşdu. “Connect TV” ilə bağlı qaldırılmış iddianın təmin olunması ilə bağlı Ali Məhkəmənin qərarı iki ay əvvəl verilmiş və proses yekunlaşmışdır. “Connect” TV-də məhkəmə tərəfindən Kinorejissorlar Gildiyası ilə müqavilə bağlanana qədər, hüquqları Gildiyaya verilmiş filmlərin retroslyasiyası qadağan edilmişdir.
Kinorejissorlar Gildiyasının Direktoru Şahirə Tacəddinin dediyinə görə, “Connect TV”-nin qanun pozuntusunu məhkəmə yolu ilə sübuta yetirildiyinə və bununla bağlı məhkəmə qararı olmağına baxmayaraq, kanal heç də, məhkəmənin qərarlarını icra etmək, yəni qanunla işləmək fikrində deyil.
aki.az