Məlumat verdiyimiz kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqı kinematoqrafçılarımızın beynəlxalq əlaqələrinin inkişafı məqsədilə “Kinosəyyah” proqramı çərçivəsində mütəmadi olaraq onların işgüzar səfərlərini dəstəkləyir.
2025-ci ilin ilk aylarından “Kinosəyyah” proqramının dəstək verdiyi kinematoqrafçıların siyahısını təqdim edirik:
Kinooperator İman İmanov – Gürcüstan Respublikasının Batumi şəhərində keçirilən“QIZIL GÖZ” Beynəlxalq Operatorlar Festivalında iştirakı (21-24.09. 2025)
Rejissor, ssenarist Nurlan Həsənli – Avstriyanın Linz şəhərində keçiriləcək Linz Film Akademiyası festivalında “Yaşıl Çəmən” qısametrajlı bədii film layihəsinin təqdimatı (08-12.10.2025-ci il)
Prodüser Emil Nəcəf – Çex Respublikasının Ji-hlava şəhərində keçiriləcək 29-cu Jihlava Beynəlxalq Film Festivalında “Yaddaş Sarayları” adlı qısametrajlı sənədli filminin təqdimatı (25-31.10.2025-ci il)
Həmkarlarımıza kinematoqrafiyamızın beynəlxalq əlaqələrinin inkişafı məqsədi ilə fəaliyyətində uğurlar arzulayırıq.
Azərbaycan Kinematoqrafçılar İttifaqı bundan sonra da yerli kinomuzu beynəlxalq arenada təmsil edən həmkarlarımızı dəstəkləməyə davam edəcək, “Kinosəyyah” proqramının maliyyə imkanlarının artması məqsədilə səylərini davam edəcək.
aki.az

