Kinosevərlər gecəsi keçiriləcək

2 avqust Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və YARAT Müasir İncəsənət Məkanının birgə əməkdaşlığı ilə  Azərbaycan Kinosu Gününə həsr olunmuş açıq havada Kinosevərlər Gecəsi keçiriləcək.

Nüfuzlu film festivallarında uğur qazanan milli filmlərin premyeralarından ibarət olan proqramda nümayiş olunacaq filmlər aşağıdakılardan ibarətdir:

  • “Olimpiya”, 2021, Azərbaycan, melodrama, 67 dəq. Rejissor: Əli-Səttar Quliyev
  • “Daxildəki ada”, 2020, Azərbaycan / Fransa, dram, 100 dəq. Rejissor: Rüfət Həsənov
  • “Axşama doğru”, 2020, Azərbaycan, dram, 12 dəq. Rejissor: Teymur Hacıyev
  • “Quxuroba”, 2020, Azərbaycan, dram, 21 dəq. Rejissor: Teymur Qəmbərov

Xatırladaq ki, filmlər Azərbaycan dilində (ingilis dilində altyazı ilə) nümayiş olunacaq.

Kinosevərlər gecəsi YARAT Müasir İncəsənət Məkanının qarşısında 20:00-dan  00:00-dək davam edəcək.

aki.az