Azərbaycan Kinematoqrafçılar İttifaqının “Məktəblərdə film nümayişi” layihəsini bu dəfə 2 nömrəli internat evində keçirilib.
Martın 23-də balaca tamaşaçıların bayram günlərinə rəng qatmaq üçün onlara Firəngiz Qurbanovanın “Qarabağ nağılı” və “Nuş olsun” animasiya filmləri nümayiş olunub.


Nümayişdən sonra uşaqlar, AKİ-nin film nümayişləri üzrə meneceri Ülviyyə Əhmədova ilə nağıllar, animasiya filmləri haqqında müzakirə aparıblar. Daha sonra, uşaqlara bayram sovqatları paylanıb. Qeyd edək ki, nümayiş, AKİ əməkdaşı Tofiq Amatayev tərəfindən təşkil edilib.


AKİ azyaşlı tamaşaçılarda kinoya marağı artırmaq məqsədilə analoji tədbirləri gələcəkdə də davam etdirməyi planlaşdırır.
aki.az