Milan Film Festivalının məqsədi, art-haus və bədii baxımdan iddialı kino nümunələrini təşviq etmək və kino ifadəsinin yeni formalarını geniş auditoriyaya tanıtmaqdır.
2026-cı il Milan Film Festivalı isə kino və audiovizual mədəniyyəti və sənəti qeyd edən, sənayedə müxtəliflik və innovasiyanı təşviq edən, Milan şəhərini və onun icmalarını fəal şəkildə prosesə cəlb edən inklüziv bir kino təcrübəsi yaratmağı qarşısına məqsəd qoyur.
Milan Film Festivalı ikinci buraxılışına müraciət çağırışını açıq elan edir. Festival 3-8 iyun 2026-cı il tarixlərində Milan şəhərində, aktyor Klaudio Santamarianın bədii rəhbərliyi altında keçiriləcək.
Festivalın elanında bildirilir: “Bu il də ekranlara insanları həyəcanlandıran, təəccübləndirən və düşünməyə sövq edən hekayələri gətirmək istəyirik. Biz orijinal baxış bucağına və səmimi ifadəyə malik və italyan premyerasını edən qısametrajlı və tammetrajlı filmlər axtarırıq. Əgər sizin festivalımıza uyğun olduğunu düşündüyünüz bir filminiz varsa, 1 mart 2026-cı il tarixinə qədər filminizi göndərə bilərsiniz”.
Ətraflı məlumat festivalın rəsmi saytında www.milanofilmfest.it qeyd olunub.

