Mirbala Səlimli “Peşəsi ssenarist” layihəsinin qonağı oldu
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Şəki Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar artist Mirbala Səlimli “Peşəsi ssenarist qadın müəlliflər üçün ssenari emalatxanası” layihəsinin Şəki mərhələsində “Ssenaridə hadisənin yeri və rolu” mövzusunda təlim keçib.
M.Səlimli mövzuya əsasən hadisənin ssenaridə hansı dönüş nöqtələrini yaratması, ssenaridə onun nədən ibarət olması, hansı elementlərinin olduğu, janrı, daxili elementlərindən bəhs etmiş, eyni zamanda hadisə və ona reaksiya, faktın qiymətləndirilməsi 3 mərhələdə, hadisənin yaratdığı janr elementləri, janrın diktə etdiyi aktyor oyun tərzi və aktyor oyun tərzinin 4 formasını da diqqətə çəkib. Daha sonra rejissor layihənin iştirakçılarını Şəki Dövlət Dram Teatrının yeni mövsümünün açılışı münasibətilə təqdim olunan “İntihar” tamaşasına dəvət edib.
Tamaşanın quruluşçu rejissoru Orxan Həmidli, əsərin müəllifi Vaqif Səmədoğludur.
Nümayişdən sonra tamaşanın müzakirəsi keçirilib.
aki.az