Mixail Qusman Rüstəm İbrahimbəyovun vəfatı ilə bağlı başsağlığı verib

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini, tanınmış bakılı Mixail Qusman Azərbaycan Kinematoqrafçılar İttifaqının ünvanına, AKİ sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vəfatı ilə əlaqədar Azərbaycan Kinematoqrafçılar İttifaqının ünvanına başsağlığı teleqramı göndərib.

 Teleqramda deyilir:

“Azərbaycan nasiri, dramaturqu, ssenaristi, rejissoru, Xalq yazıçısı Rüstəm Məmmədibrahim oğlu İbrahimbəyovun vəfatı ilə əlaqədar Rusiyanın TASS İnformasiya Agentliyinin və şəxsən öz adımdan ən səmimi başsağlığı sözlərimi qəbul edin.
O, əsl bakılı idi. İstedadlı, müdrik və qeyri-adi insan idi.
Dövlət mükafatları laureatı, Əməkdar incəsənət xadimi olan Rüstəm İbrahimbəyov müasir mədəniyyətin inkişafına çox böyük töhfələr verib. Onun təkrarsız müəllif dəsti-xətti ilə seçilən əsərləri bir sıra nüfuzlu mükafatlara layiq görülməklə yanaşı bir neçə tamaşaçı nəslinin ürəklərini də fəth edib.
Rüstəm İbrahimbəyovun xatirəsi qəlblərimizdə əbədi yaşayacaq”.

 aki.az