Moskvada R.İbrahimbəyov adına “Qızıl tağ” Beynəlxalq Milli Kinematoqrafiya Forumu keçiriləcək
Kinematoqrafçılar İttifaqları Konfederasiyası Prezidentin Qrantlar Fondunun maliyyə dəstəyi, A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun maliyyə dayağı və iştirakilə Milli Kinematoqrafiyaların Beynəlxalq Forumunu keçirir. Konfederasiya Şurasının qərarı ilə bu il Foruma Rüstəm İbrahimbəyovun adı verilib.
1998-ci ildə fəaliyyətə başladığı gündən Milli Kinematoqrafiyalar Forumu 1990-cı ildə ssenarist, prodüser və rejissor Rüstəm İbrahimbəyov tərəfindən əsası qoyulmuş Kinematoqrafçılar İttifaqları Konfederasiyasının üzvü olan MDB ölkələri arasında ümumi kinematoqrafiya məkanının saxlanması və inkişafını əsas istiqamət kimi götürüb.
Milli Kinematoqrafiyalar Forumu, MDB ölkələrinin kino xadimləri arasında multikultural ünsiyyət üçün vahid platforma rolunu oynamağa qadir olan güclü milli assosiasiyadır. Forum fəaliyyət göstərdiyi illər ərzində Marat Sarulu, Aktan Abdıkalıkov, Bəxtiyor Xudoynazarov, Gülşad Ömərova, Yusup Razıkov və digər bu kimi sonralar özlərini beynəlxalq kinofestivalların daimi iştirakçıları kimi təsdiqləmiş bir çox kinematoqrafçıların aşkarlanmasına öz töhfəsini verib.
Forum Kinematoqrafçılar İttifaqları Konfederasiyasının üzvü olan MDB ölkələrinin kino xadimləri arasında təcrübə mübadiləsi və yaradıcılıq nailiyyətləri ilə tanışlıq üçün mahiyyət etibarilə yeganə platformadır.
Bu il Forum çərçivəsində ustad kino xadimləri, rejissorlar, dramaturqlar, operatorlar və prodüserlər kinematoqrafçıların (MDB ölkələrinin kino universitetlərinin və kino fakültələrinin tələbələri və yeni məzunları) peşəkar təhsilini təkmilləşdirəcək tematik ustad dərsləri keçirəcəklər. .
Bu ildən başlayaraq Forum modernləşdiriləcək və rəqabətə əsaslanan fəaliyyət mərhələsinə keçəcək. Təqdim olunan filmlər aşağıdakı kateqoriyalar üzrə qiymətləndiriləcək:
- “Ən yaxşı bədii film”;
- “Ən yaxşı qeyri-bədii film”;
- “Ən yaxşı debüt”;
- “Ən yaxşı cizgi filmi”;
- “Ən yaxşı qısametrajlı film”;
- “Ən yaxşı tələbə debütü”.
Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan olaraq yeddi ölkədən 51 filmin iştirakı üçün ərizə təqdim olunub.
Sosial və maarifləndirici təşəbbüslərin dərinləşdirilməsinə yönəlmiş Beynəlxalq Milli Kinematoqrafiyalar Forumunun hazırlıq prosesində Forumun Təşkilat Komitəsi nominasiyaların siyahısını genişləndirmək və altıncı “Ən yaxşı tələbə debütü” nominasiyasını əlavə etmək qərarına gəlib ki bu da öz növbəsində layihənin iştirakçısı olan dövlətlərin kinematoqrafiya universitetlərinin məzunlarının digər ölkələrdən olan həmkarlarının əsərləri ilə tanış olmaq, fikir mübadiləsi aparmaq və yeni təcrübə qazanmaq, eləcə də gələcəkdə yaradıcılıq sərhədlərini genişləndirmək imkanı qazandırır. Belə bir imkan isə şübhəsiz ki, yaradıcılıq yoluna yeni qədəm qoyan kinorejissorlar üçün zəruridir.
Əslində, yuxarıda göstərilənlərin heç biri – filmin yaradılıb ekranlara çıxması – sadə tamaşaçı olmadan heç bir anlam kəsb edə bilməz. Forumun formatında qarşıda duran dəyişikliklər çərçivəsində həm peşəkarlar, həm də tamaşaçılar innovativ, interaktiv texnologiyaların ən son nailiyyətlərindən istifadə etməklə bütün tədbirlərdə, baxış, müzakirə və təlimlərdə birbaşa iştirak edə biləcəklər.
2023-cü ilin fevralında Konfederasiya Şurası, Konfederasiya Şurasının yeni sədrini seçdi. Bu, Belarus Respublikasının Əməkdar incəsənət xadimi, aktyor Viktor Vasilyevdir.
Forumun münsiflər heyətinə aşağıdakılar daxildir:
- Münsiflər heyətinin sədri – RSFSR-in əməkdar incəsənət xadimi, ssenarist, pedaqoq Pavel Finn;
- aktyor, Belarus Respublikasının əməkdar incəsənət xadimi, Kinematoqrafçılar İttifaqları Konfederasiyası Şurasının sədri Viktor Vasilyev;
- kinorejissor, ssenarist, prodüser Oleq Səfərəliyev;
- kinoprodüser, ssenarist Yekaterina Kononenko.Tədbir cari ilin sentyabr ayında keçiriləcək.
aki.az