Müşfiq Hətəmov “Space” TV-nin rəhbəri təyin olundu
Azərbaycanın Əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Hətəmov “Space” Müstəqil Teleradio şirkətinə rəhbər təyin olunub. Bu barədə Report.az məlumat yayıb.
Müşfiq Hətəmov 2011–2019-cu illərdə “Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsində çalışıb.
1986-1992-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsində təhsil alıb.
1992-2002-ci illərdə Bakı Mədəni Maarif Texnikumunda pedaqoji fəaliyyətlə məşğul olub, rejissor və aktyor sənətini tədris edib.
2002-2006-cı illərdə Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində inspektor, 2006-cı ildən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsində filmlərin dövlət reyestri sektorunun müdiri, 2010-cu ildən isə Kinematoqrafiya şöbəsinin müdir müavini vəzifəsində çalışıb.
2011-2019-cu illərdə “Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsində fəaliyyət göstərib.
Onu da qeyd edək ki, 2006-2021-ci illərdə “Space”in rəhbəri vəzifəsində çalışan Vaqif Mustafayev bu ilin əvvəlində işdən çıxarılıb və həmin ərəfədə şirkətin rəhbər vəzifəsinin müvəqqəti icrası televiziyanın baş prodüseri Kamil Şahverdiyevə tapşırılmışdı. Bir neçə müddət sonra isə “Space”in rəhbəri vəzifəsinə ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəri Ülviyyə Mikayılova gətirilsə də, o, bir neçə gün sonra istefa verib.
aki.az