Nicat Bəkirzadənin sənədli filmləri Rusiyada nümayiş olunub

Rusiya Federasiyası Krasnoyarsk vilayətinin “Yenisey Kino” qurumu rejissor Nicat Bəkirzadənin iki sənədli filmini – gənc muğam ifaçısı, “Qarabağ bülbülləri” ansamblının üzvlərindən biri haqqında söhbət açan “Oğlan”(1984) və Vaxtilə Xəzər sahilində yerləşmiş Səbayıl yaşayış məskənindən bəhs edən “Batmış şəhərin sorağında”(1987) sənədli filmlərini “Milli Kinematoqrafiyaların çələngi” layihəsi çərçivəsində nümayiş edib. Hər iki film layihə təşkilatçılarının öz fondlarında saxladıqları filmlər arasından seçilib.

Ümumiyyətlə ”Yenisey kino” qurumu vilayətdə müxtəlif millətlərin nümayəndələrinin yaşadığını nəzərə alaraq keşmiş sovet respublikaları kinostudiyalarının filmlərinin nümayişini həyata keçirib. Təmsil etdiyi ölkənin mədəniyyətlərinin təbliği filmlərin seçilməsində vacib amil olub.

Xatırladaq ki, “Yenisey kino” 1935-ci ildən fəaliyyət göstərən kinofikasiya təşkilatının bazasında yaradılmış, məqsədi savadlı kino tamaşaçılarının formalaşması, kino repertuarının zənginləşməsi, kino vasitəsilə tamaşaçının maariflənməsini qarşına məqsəd qoyan büdcə qurumudur. Məqsədlərini həyata keçirmək üçün “Yenisey Kino” periodik olaraq müxtəlif mövzulu kino nümayişi proqramları həyata keçirir.

aki.az