Nikita Mixalkov: “Azərbaycan haqqında İbrahimbəyov mənə çox danışıb”

Dünya tədricən koronavirus pandemiyasından əvvəlki həyatına dönməyə başlayır. Həm Rusiyada, həm də Azərbaycanda dövlət tərəfindən qoyulan məhdudiyyətlər getdikcə yumşalır.

Kinorejissor, prodüser Nikita Mixalkov bu çətin pandemiya dövründə Azərbaycanı dəstəklədiyini bildirib,  Azərbaycan xalqına ən xoş arzularını çatdırıb:

“Əziz azərbaycanlı dostlarım! Bu çətin dövrdə dostluq əlaqələri, dostluq xatirələri, bir-birini xatırlamaq, yaxşı bir söz söyləmək  çox böyük əhəmiyyətə malikdir. Bilirəm ki, ölkənizdə də bu dəhşətli virusla mübarizə gedir. Hətta onu da bilirəm ki, Azərbaycan özünün problemləri olduğu halda, başqa ölkələrə də çox kömək edib. Bu, Azərbaycan xalqının sahib olduğu mədəniyyətdən irəli gəlir. Azərbaycan xalqının necə qonaqpərvər olduğunu, necə qonaq qarşılama mədəniyyətinə sahib olduğunu bilirəm və bu adamı valeh edir. Bakıda olanda, qonaqlıqlarda iştirak edəndə bunun şahidi olmuşam, hər zaman dostlarla bərabər xoş xatirələrlə ordan ayrılmışıq. Azərbaycana olan bütün səyahətlərim zamanı maraqlı insanlarla qarşılaşmışam, inanılmaz ibrətamiz hekayələr dinləmişəm. Mən çox maraqlı şeylər öyrənirdim və mənim üçün xalqın çox maraqlı obrazı yaranırdı”.

Kinorejissor onu da bildirib ki, Azərbaycan haqqında  həmmüəllifi Rüstəm İbrahimbəyovdan eşidib: “Birgə bir neçə ssenari yazdıq, sıx əməkaşlıq etdik. İş prosesində, görüşlərimizdə xalq koloritini, incə yumor hissini, dərin düşüncəni gördüm.  Hətta rus kadetlər haqqında ssenarini yazanda da belə idi. Bütün bunlar mənim üçün ibrətamiz idi və mənə çox şey verdi. Bu, elə bir hissdir ki, sən başqa mədəniyyətə sadəcə göründüyü qədər deyil, dərinliklərinə vararaq öyrənirsən, gözə çarpmayan tərəfdən nüfuz edə bilirsən. Bütün bunlar mənim üçün çox qiymətlidir”.

N.Mixalkov Azərbaycanın birinci xanımı  Mehriban Əliyevanın Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda gözlənilən iştirakını yada salaraq qeyd edib ki, vəziyyətin pandemiyayla bağl necə olacağını bilməsə də, həmin ərəfədə  Sankt-Peterburqda olmağı və böyük məmnuniyyətlə Mehriban xanıma diqqət göstərməyi çox istəyir.

Daha sonra hər bir ölkə kimi Rusiya üzərindən də Qərb mədəniyyətləri, şərq küləklərinin keçməsini yada salaraq deyib: “Bu, həm Bizans, həm də böyük Tatar-Monqol təsiri nəticəsində olub. Bildiyimiz kimi, Rusiya Şərq ilə Qərb arasında olan real körpülərdən biridir. Təəssüf ki, Qərbdə çoxları unudurlar ki, əgər Rusiya olmasaydı, bu gün Fransada, yaxud İtaliyada hansı dildə danışılacaqları belə məlum olmazdı. Biz Rusiyada istənilən mədəniyyəti, o cümlədən Qafqaz mədəniyyətini, Şərq mədəniyyətini üzvi şəkildə öz üzərimizə götürmək imkanını qəbul edirik. Azərbaycanda prezident İlham Əliyevlə görüşdüyüm zaman eyni zamanda kinematoqrafçı həmkarlarımla bir araya gəldiyim, yaradıcılıq gecələrində iştirak etdiyim zaman, insanların sosial ranq baxımından kimin kim olmasından asılı olmayaraq onların dərin mədəni tellərlə bir-birini anladıqları kimi, nə qədər birləşdiyini görmüşəm. Bu, bir ölkədə yaşayan insanlar üçün ən prinsipial məsələdir.

Ümumiyyətlə ölkəyə rəhbərlik edənlərlə, rəhbərlik etdikləri adamların eyni dildə danışması çox vacibdir.  Bunu Azərbaycanda da tam şəkildə gördüm. Bu çətin günlərdə, hətta kifayət qədər ağır dövrdə sizi bir daha salamlamaq istəyir, bizdə deyildiyi kimi, inam, ümid, sevgi, eyni zamanda səbr arzulamaq istəyirəm. Çünki bu günlərdə səbirli olmaq tələb olunur. Səbirli olun və ümid dolu sabahlara inanın!

Yazının rus dilində olan versiyası ilə aşağıdakı linkdən tanış ola bilərsiniz.Aki.az