“Nizami” Kino Mərkəzinin idarəçiliyi birləşmiş İttifaqa verilsin
26 iyul tarixində Kinematoqrafçılar İttifaqlarının İdarə Heyətlərinin birgə iclasında çıxış edən Əməkdar incəsənət xadimi, prezident təqaüdçüsü, kinorejissor Ziya Şıxlinski birləşmə ideyasını dəstəklədiyini bildirib və təkliflərlə çıxış edib. AR Mədəniyyət Nazirliyinin rəsmilərinin iştirak etdiyi iclasda Z.Şıxlinski yaradıcı məsələlərdə nazirliyin birləşmiş ittifaqla daha sıx əməkdaşlığının vacib olduğunu, Növbəti 2 il ərzində yaradıcı məsələlərdə birləşmiş İttifaqın rəyini prioritet saymağı təklif edib. Əlavə olaraq kinorejissor, “Nizami” Kino Mərkəzinin idarəçiliyinin birləşmiş İttifaqa həvalə edilməsini təklif edib. Kinorejissorun fikrincə, İttifaq kinoteatrın, kinomuzun mərkəzinə çevrilməsi istiqamətində fəaliyyət göstərməsi potensialına malikdir.
aki.az