“O, Xarqo idi” sənədli filminin təqdimat mərasimi keçiriləcək

İkinci Dünya müharibəsi iştirakçısı, partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılova həsr olunmuş “O, Xarqo idi” sənədli filminin təqdimat mərasimi keçiriləcək.

Qeyd edək ki, “Salnaməfilm studiyası”-nın istehsal etdiyi filmin çəkilişləri Bakı, Şəki, Xaçmaz, Paris və Montobanda baş tutub. Ekran əsərində zəngin arxiv materiallarından istifadə olunub.

Filmin ideya müəllifi Şahin Sinaria, ssenari müəllifi və rejissoru Tahir Tahiroviç, operatoru Rafiq Əliyev, prodüseri Nazim Hüseynovdur.

Ekran əsərində əsas qəhrəmanı İqbal Əliyev canlandırıb.

“O, Xarqo idi” sənədli filminin təqdimat mərasimi 6 may 2022-ci il, saat 19:00-da Nizami Kino Mərkəzində keçiriləcəkdir.

aki.az