“Peşəsi: ssenarist - qadın müəlliflər üçün ssenari emalatxanası” layihəsinin Şəki mərhələsi başlayıb
Azərbaycan Kinematoqrafçılar İttifaqının İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Peşəsi: ssenarist – qadın müəlliflər üçün ssenari emalatxanası” layihəsinin Şəki mərhələsi başlayıb.
Qeyd edək ki, 8 müəllif öz bədii film ssenarisi ilə birgə layihəyə seçim şansı qazanıblar. Yazıçılar Jalə İsmayıl, Təranə Vahid, Dəniz Pənahova, redaktor Gülnar İbrahimova, gənc rejissorlar Aynur Kazımova, Məryəm Mirzəyeva, reklamçı – marketoloq Sevda Paşa və animasiya rejissoru Nərmin Şəhriyar layihənin iştirakçılarıdır.
Layihənin Şəki mərhələsində 3 və 5 aktlı struktur, adi dünya, qəhrəmanın dünyası və həll, ssenaridən ekrana, sinopsisi və tritmenti yazmaq qaydaları, tamaşaçı nə istəyir, müasir interpretasiyalar – Voqler, Linda Aronson, Trubi, Yorke, Harris, Makki, Mifologiya, Gilqameş dastanı, qəhrəman və antaqonist, Kristofer Buker və onun fəlsəfəsi və bir çox mövzular əhatə olunur. Ssenari barədə əsas məlumatlar verildikdən sonra hər iştirakçının müəllifi olduğu ssenari üzərində komanda və mentorun xüsusi işi baş tutacaq.
aki.az