“Peşəsi: ssenarist” layihəsinin Şəki mərhələsi sona çatıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı və İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin birgə əməkdaşlığı ilə təşkil olunan “Peşəsi: ssenarist qadın müəlliflər üçün ssenari emelatxanası” layihəsinin Şəki mərhələsi sona çatıb.

Qeyd edək ki, nəzəri dərslərin əhatə olunduğu Şəki mərhələsində ssenari barədə geniş məlumat verilib. Belə ki, süjetlər – Con York nümunə kimi, tətikləyici hadisə, protaqonist kimdir, şəxsiyyət , keyfiyyət, təsdiq qərəzi, obraz üzərində iş, aktiv və passiv feillər, layihələr üzərində işlərin başlanılması Şəki mərhələsinin proqramının bir hissəsi olub.

Şəki mərhələsinin son günü İsveçrə Əməkdaşlıq təşkilatının nümayəndəsi Zahir Əhmədov da layihədə qonaq olub. Bütün iştirakçılar öz işlərini mentor və qonaqlara təqdim ediblər. Daha sonra, layihə iştirakçıları baş rejissor Mirbala Səlimli tərəfindən Şəki Dövlət Dram Teatrının mövsüm açılışında nümayiş olunan “İntihar” tamaşasına dəvət olunublar. Tamaşanın quruluşçu rejissoru Orxan Həmidli, əsərin müəllifi Vaqif Səmədoğludur.

Nümayişdən sonra M.Səlimli iştirakçılarla tamaşanı müzakirə ediblər.

aki.az