Prezident Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvünü təltif etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, aktyor, rejissor, ssenarist Tofiq İbrahim oğlu Mirzəyevə “Xalq artisti” fəxri adı verilib.

Azərbaycan kino sənətinin inkişafında xidmətlərinə görə mükafatlandırılan Tofiq Mirzəyev eyni zamanda dövlət başçısının digər sərəncamı ilə “Şöhrət” ordeni ilə də  təltif edilib.

Xatırladaq ki, Tofiq Mirzəyevin iştirakı ilə çəkilən filmlər Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxildir. Həmin filmlər sırasında yer alan “Uşaqlığın son gecəsi”, “Nəsimi”, “Təhminə”, “O qızı tapın”, “İstintaq” və digərləri tamaşaçılar tərəfindən daima maraqla baxılır. Aktyor eyni zamanda “Mosfilm” və “Dovjenko” studiyalarında da filmlərə çəkilib. İxtisasca rejissor və musiqiçi olan T.Mirzəyev 15-dən artıq televiziya filmi çəkib, aktyor kimi isə 35 filmdə rol alıb.

aki.az