Qənirə Paşayevadan film təklifi
“Bu gün ölkəmizdə və dünyada Nizami irsinin daha geniş təbliği baxımından yeni filmin çəkilməsinə ehtiyac var. Nizami ili çərçivəsində bu filmin çəkilişlərinin başlanması məsələsinin hökumətin diqqətində olmasını xahiş edirik”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva deyib.
Q.Paşayeva Aşıq Ələsgərin aşıq sənətindəki böyük rolunu da yada salaraq qeyd edib ki, bununla bağlı da filmin çəkilməsinə böyük ehtiyac var: “Bu il Aşıq Ələsgərin 200 illiyinin qeyd edilməsi ilə bağlı Prezidentin sərəncamı da var. Aşıq Ələsgərin davamçıları ilə də görüşmüşük. Bu sərəncam yüksək qiymətləndirilib”.
Deputat qeyd edib ki, bu filmin çəkilməsi hökumətin diqqətində olsa, yaxşı olar.
aki.az