Azərbaycan Kinematoqrafçılar İttifaqının Qarabağ həqiqətlərini kinoda ifadəsi və dünya tamaşaçısına çatdırmaq məqsədi ilə elan etdiyi “Qarabağ.İnsan.Qələbə” ssenari müsabiqəsinin növbəti mərhələsinin iştirakçıları elan edilib.
Azərbaycan Kinematoqrafçılar İttifaqı katibliyindən bildiriblər ki, müsabiqəyə 40 iş təqdim edilib, 37 ssenari müsabiqəyə buraxılıb, 15 ssenari növbəti mərhələyə buraxılıb. Katiblikdən qeyd edilib ki, ssenarilər qiymətləndirilərkən peşəkarlıq səviyyəsi ilə yanaşı ssenarinin xarici tamaşaçının diqqətini çəkməsi amili əsas rol oynayıb. Çünki müsabiqə təşkilatçıları üçün Qarabağ həqiqətlərinin dünyaya çatdırılması əsas məqsəddir.
Müsabiqənin 5 müəlifdən ibarət “Qısa siyahı”sı 10 mart, müsabiqənin qalibləri 18 mart tarixində elan ediləcək. Qərar qəbul etmiş münsif üzvlərinin adları da həmin tarixdə açıqlanacaq.
“Qarabağ.İnsan.Qələbə” ssenari müsabiqəsinin növbəti turuna keçən ssenarilərin siyahısı, müəlliflərin soyadının əlifba sırası ilə göstərməklə təqdim edilir:
- Abdullayev Elvin – Kapitan Fərhadın Odisseyası
- Abramov Yefim, Leyla Bəyim – Qara qardələnlər
- Ağayev Namiq – Müharibə qapımızı döyəndə
- Dadaşov Nicat – Sahibin evi
- Heydərova Ülviyyə – Qazax çölü
- Hüseynova Türkan – Axırıncı palata
- Haqverdiyev Vüqar – Xilaskar
- İskəndərov Rövşən – Özgə ağrı
- İsa Nihad – Tələ
- Məmmədov Elcan – Söyüd ağacı
- Rəsulzadə Çingiz – Daima birlikdə
- Rzayev Elnur Paşa – Xəzər dalğası
- Səfərov Hacı – Kaş
- Səlimli Mirbala, Marina Malaşenka – Yaddaşın o tayı
- Tarıverdiyeva Lalə – Qarabağ. 4 gün.
Azərbaycan Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsində iştirak edən bütün müəlliflərə təşəkkürünü bildirir və onlara yaradıcılıq uğurları arzulayır.
Azərbaycan Kinematoqrafçılar İttifaqı Mətbuat xidməti