Rejissor Rövşən Almuradlının doğulduğu gündür

Bu gün ssenarist, rejissor Rövşən Almuradlının dünyaya göz açdığı gündür. Həmin Rövşən Almuradlı ki, və­tən­pər­vər ruh, döv­lət­çi­li­yin qo­run­ma­sı, tor­paq uğ­run­da mü­ba­ri­zə, ölü­mün üs­tü­nə ölüm­lə get­mə, qa­dı­nın aya­ğa qal­xa­raq ər­lər­lə bir­gə mü­ba­ri­zə mey­da­nı­na atıl­ma­sı, ulu­la­rın ru­hu­na xə­ya­nət et­mə­mək, Al­la­ha iba­dət, Ona qa­yı­dış və s. mə­qam­la­rın əsl film mövzusu olduğu bir vaxtda sadaladığım ruha sahib olduğunu sübut etdi. Eyni ruhlu həmkarları, həmfikirləri olan yazıçı Sabir Rüstəmxanlı və ustad aktyor Nurəddin Mehdixanlı ilə “Cavad xan” filmini çəkdi, bu filmlə də kino yanğısını daha da alovlandırdı…

Rövşən Almuradlı Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində ali təhsil (1972-1976) alıb.

1984-1987-ci illərdə Moskva SSRİ Mədəniyyət Nazirliyi nəzdində Təkmilləşdirmə İnstitutunda ali rejissorluq kursunu bitirib, Moskva Dövlət Akademik Satira Teatrında təcrübə keçib.

1989-cu ildə “Azərbaycanfilm” kinostudiyasının “Debüt” studiyasında “Hücum” adlı qısametrajlı bədii filmin quruluşçu rejissoru, 1990-cı ildə çəkilən “Azadlığa gedən yollar” filminin rejissorlarından biri olub.

1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində açılan, müstəqil “İstiqlal” teatrının bədii rəhbəri olub.

1991-ci ildə M.Suleymanlının “Zirzəmi”, 1992-ci ildə M.Dostoyevskinin “Şıltaq qız”, 1992-ci ildə M.Qoqolun “Dəlinin qeydləri”, 1992-ci ildə Gəncə Dövlət Dram teatrında Anarın “Beş mərtəbəli evin altıncı mərtəbəsi” kimi əsərlərin quruluşçu rejissoru olub.

1993-1995-illərdə “Bəri bax” müstəqil kinostudiyasında tammetrajlı “Yük” bədii filminin quruluşçu rejissoru olub.

1994-cü ildə “Doğma” kino-povesti əsasında çəkilmiş “Ümud” bədii filminin müəllifidir.

2006-2008-ci illərdə Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmiş “Cavad xan” bədiii filminin quruluşçu rejissoru olub.

2005-ci ildə Akademik Milli Dram Teatrında İ.Şıxlının “Ölüləri qəbiristanlıqda basdırın” əsərinin rejissoru olub.

2010-cu ildə Bakı Bələdiyyə Teatrında M. Süleymanlının “Bəylik dərsi” əsərinə, 2011-ci ildə Anarın “Qaravəlli” əsərinə, 2012-ci ildə M.F. Axundzadənin “Müraviyyə vəkilləri əhvalatı” əsərinə, 2012-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında F. Dürrenmattın “Yaşlı xanımın gəlişi” əsərinə quruluş verib.Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü idi.

R.Almuradlı fəaliyyəti dövründə aktyor fərqli xarakterli obrazlara çəkilmiş, istər ssenarist və rejissor kimi müxtəlif janrlarda daxili düqnyasını narahjat edən mövzulara müraciət etmişdir.

O, 1995-ci il­də çəkdiyi “Yük” fil­mi ilə ömür yü­kü­nün nə də­rə­də­cə ağır ol­ma­sın­dan bəhs edibsə, 15 il­lik fa­si­lə­dən son­ra “Ca­vad xan”la daha geniş söz demək imkanı qazanıb.

Rejissor deyirdi ki, iki film arasında olan 15 il­lik fa­si­lə heç də boş da­yan­maq de­mək de­yil­di. “Ca­vad xan” ar­tıq il­lər əv­vəl ya­ran­mış­dı: “Sa­də­cə yol gə­lir­di. “Ca­vad xan”a Sa­bir Rüs­təm­xan­lı 20 il, bəl­kə də on­dan ön­cə yaz­dı­ğı şer­lər­lə, poe­ma­lar­la yol gə­lir­di, Röv­şən Al­mu­rad­lı için­də ya­şat­dı­ğı türk­çü­lük ru­hu ilə yol gə­lir­di. Mə­nə elə gə­lir ki, “Ca­vad xan”a, Azər­bay­can ta­ri­xi­ni se­vən ada­mın, bu tor­pa­ğa, onun azad­lı­ğı­na, müs­tə­qil döv­lə­ti­nə mü­na­si­bə­ti, sev­gi­si olan hər bir in­sa­nın işi de­mək olar. Tan­rı­nın qis­mə­ti ilə “Ca­vad xan”a il­lər uzu­nu yol gə­lən iki ya­ra­dı­cı bir ara­ya gəl­di və mə­nim se­çi­mim­lə Nu­rəd­din Meh­di­xan­lı da Ca­vad xan roluna se­çil­di və biz bir­gə be­lə bir film ara­ya-ər­sə­yə gə­tir­dik. Ca­vad xan mil­lə­tin dü­şün­cə­si­dir. Mil­lə­tin ta­ri­xi­nin şə­rəf­li sə­hi­fə­lə­rin­dən, ən lə­ya­qət­li sə­hi­fə­lə­rin­dən bi­ri­dir. Çox şü­kür ki, bu yol­da həm­fi­kir olan­lar fil­min çə­ki­li­şi döv­rün­də bir­ləş­di­lər. Əgər Ca­vad xa­nın eş­qi­ni için­də gəz­di­rən bir sse­na­rist ol­ma­say­dı, onu için­də bəs­lə­yib, za­man-za­man gə­ti­rən bir ak­tyor və ak­tyor he­yə­ti ol­ma­say­dı, ona bü­tün ya­ra­dı­cı­lı­ğı ilə ad­dım­ba­ad­dım gə­lən, o sə­hi­fə­lə­rin qəd­ri­ni bi­lən bir re­jis­sor ol­ma­say­dı o za­man “Ca­vad xan” be­lə yan­ğı­lı bir for­ma­da ya­ra­na bil­məz­di”.

Ümumiyyətlə R.Almuradlı bəlkə də bütün müsahibələrində daha çox Cavad xanın şəxsiyyətndən bəhs etməyə üstünlük verirdi, səbəb isə çox sadə idi-məhz bu filmlə içində olan geniş planlı mövzuları birləşdirərək bütövləşdirə bilmişdi.

Ca­vad xan tür­kün ən bö­yük şəx­siy­yət­lə­rin­dən bi­ri olduğunu deyən rejissor, onu da qeyd edib ki, o boy­da Sə­fə­vi döv­lə­tin­də bir kəs ta­pıl­dı ki, bö­yük bir iş­ğa­la qar­şı du­ra bil­di, özü də ne­cə: “Film­də bir xətt var. Ca­vad xan oğ­lan­la­rı­nın ölü­mü­nü gö­rür, ət­ra­fın­da olan in­san­la­rın ölü­mü­nü gö­rür. Bu ar­tıq ön­cə­gör­mə­lər­di. Son mə­qam­da ona şah­lıq tək­lif edir­lər. Hə­min mə­qam­da ha­ki­miy­yə­ti oğ­lu­na təh­vil ve­rə­rək Gən­cə­ni tərk et­mə­li idi. An­caq Ca­vad xan ölü­mü se­çir. Ölü­mü gö­rə-gö­rə, bi­lə-bi­lə onun üs­tü­nə get­mək…İçin­də­ki hiss sa­də­cə onu mü­qa­vi­mət gös­tər­mə­yə səs­lə­yir­di. Hiss edir­di ki, kim­sə bu­nu et­mə­li­dir, kim­sə bu mü­qa­vi­mə­tin qar­şı­sı­nı al­ma­lı­dır. Ca­vad xan par­ça­la­nan xan­lıq­la­rın tor­paq­la­rı ne­cə gü­da­za ve­rə­cə­yi­ni gö­rür­dü və bu­na gö­rə də on­la­rın ar­dın­ca ba­ğı­ra­raq de­yir: “Get­mə­yin, yan­lış ad­dım atır­sı­nız, val­lah bu mil­lət nə vaxt­sa bi­zim üzü­mü­zə tü­pü­rüb go­ru­mu­zu sö­yə­cək”. Bu bir ça­ğı­rış idi”.

…“Cavad xan” filminə o vaxt müraciət olunmuşdu ki, Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ işğal altında idi. Tarıma çəkilmiş əsəb, torpaq sevgisi, film çəkmək ehtirası, Azərbaycan incəsənətinin inkişafına mane olan qüvvələrlə mübarizə aparmaq və daha nələr Rövşən Almuradlı ömrünü bir az daha qısaltdı. Hələ çəkəcəyi filmlər, müraciət edəcəyi mövzular, bir sözlə, bir çox layihələri var id…

Müsahibələrində birində demişdi ki, bu günə qədər onlarla tamaşa və film barədə düşüncələrim olub: “Çoxunu reallaşdırmaq arzusunda olmuşam. Hüseyn Cavidin “İblis”ini səhnələşdirmək, həm də ekranlarşdırmaq planlarım alınmayıb. “İblis”lə bağlı nazirlik səviyyəsində görüşlərim olub. Təəssüf ki, hələ də bu istək olaraq qalır. Yaxşı bilirəm ki, gözəl ekran əsəri üçün böyük büdcə gərəkdir. Bu əzəli problemi dəf etsək, yaradıcı şəxslərin də qapısı açılmış olar. Çoxu kimi mənim də ildə bir necə tamaşa hazırlamaq, bir ekran əsəri üzərində işləmək gücüm var”. Ömür vəfa etsəydi, bəlkə də həyata keçirəcəkdi…

Ustadlardan daima sənətin sirrini öyrənərək ustadlıq səviyyəsinə yüksələn Rövşən Almuradlını doğulduğu bir gündə böyük hörmətlə yad edirik.

 

 

 

 

 

 

 

Azərbaycan Kinematoqrafçılar İttifaqı