Rüstəm İbrahimbəyov: “Dövlət kinonun ideoloji quruluşunun tamamlanmasında maraqlı olmalıdır”
Azərbaycan Kinematoqrafçılar İttifaqını sədri, kinodramaturq Rüstəm İbrahimbəyov Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlının suallarını cavablandırıb. Müsahibəni doğma Bakı həyatında keçirdiyi günlərlə başlayan kinodramaturq bildirib ki, bütün dünyada mövcud olan hər bir şey hər birimizin həyatı ilə bağlıdır: “Həyatımın ən vacib illərini Bakıda keçirdim. Buna görə də buranın hər bir daşı mənim ruhuma rahatlıq gətirir. Bizim ata-babalarımız bura müxtəlif rayonlardan gəliblər. Bu isə təbii prosesdir. Hər yerdə belədir ki, hər zaman bütün şəhərlər kənardan gəlmələr sayəsində formalaşır və mən müşahidə etdiklərimdən belə nəticəyə gəlmişəm ki, həmin gəlmələrin daxili intellektləri yerlilərdən daha da yüksək olur. Hər bir halda, böyük bir şəhər orda yaşadıqca möhürünü vurub insanı formalaşdırır”.
E.Şıxlının “Bakı o vaxt oxucularla bol olan şəhər idi. İndi isə deyə bilmərəm?…” sualına isə Rüstəm İbarhimbəyov belə bir cavab verib: “Bütün dünyada ya oxumağı dayandırıblar, ya da oxuyanların sayı azdır. Bu isə informasiya texnologiyaları dönəminə daxil olmaqla əlaqəlidir, müxtəlif informasiya növlərinin mövcud olması ilə bağlıdır. Mən özüm də nəsə axtaranda internetə müraciət edirəm”.
“Mədəni dünyaya giriş üçün rus dili bizim üçün vacibdir, Hazırda belə bir tendensiya höküm sürür ki, gənclər öz doğma dilini və bir də ingilis dilini daha çox bilirlər. Lakin rus dilini bilmirlər” sualına isə “Bilirsiniz, bu, həddindən artıq böyük problemdir. Məsələ burasındadır ki, rus dili yalnız ünsiyyət vasitəsi deyildi, hazırda ingilis dili ünsiyyət vasitəsidir. Rus dili isə ünsiyyət vasitəsi olmaqla yanaşı, həm də yüksək ədəbiyyata, incəsənətə, elmlərə giriş üçün bir kanal idi. Bəziləri rus dilinə qarşı mübarizə aparmağa çalışırlar. Lakin mən tamamilə bunun əleyhinəyəm. Mən çox şadam ki, rəsmi siyasət belə insanları dəstəkləmir. Mən tez-tez rayonlara gedirəm, bir çox rayonlarda valideynlər uşaqlarını rus məktəblərinə göndərirlər” belə bir cavab verib.
Söhbət əsnasında Bakıda Beynəlxalq İncəsənət Universitetinin açılmasını arzu etdiyini bildirən R.İbrahimbəyov, onu da qeyd edib ki, məhz həmin universitetdə teatr, kino, televiziya sənəti, müasir rəqəmsal texnologiyalar kimi dərslər öyrədilsin: “Biznesin idarəedilməsi də bu sferadan olmalıdır. Orda bütün dünyadan olan görkəmli elm adamları dərs deyirlər, həmçinin xaricdən tələbələr gəlir ki, bizimkilər də onlarla birgə təhsil alırlar. Beynəlxalq universitetin açılması ilə bağlı Moskvada da müzakirələr gedir. Bizim fəxr etdiyimiz Moskva Dövlət Universiteti ilk yüzlüyə güclə gəlib çıxıb”.
Əslində hələ görüləsi işlər çoxdur, Rüstəm müəllimin dediyi kimi, qarşıda böyük işlər var: “Gənc nazirlərin təyin olunması da məni çox sevindirir. Çox uzun illər ərzində ideologiyaya məsul şəxslər öz səviyyələrinə uyğun olmayan yerlərdə oturmuşdular. Ümid edirəm ki, indi daha hazırlıqlı, müasir, bacarıqlı insanlar gəliblər”.
Ümumi suallar ətrafında yaranan müsahibə çox səmimi şəkildə davam etdiyi zaman Rüstəm İbrahimyovun kinoya aid sualları yada salması bir da sübut edir ki, görkəmli dramaturqun əsas həyat kredosu elə kino üzərində qurulub.
R.İbrahimbəyiov deyir: “Kinematoqrafiya bizim müzakirə etdiyimiz vacib məsələlərin bir hissəsidir. Böyük sayda gənc rejissor və ssenaristlər meydana gəlib ki, heç də böyük olmayan öz büdcələri hesabına çox maraqlı filmlər çəkirlər. Onlar bir qədər marjinal, izləyicələrin istəkləri nəzərə alınmayan müəllif filmləridir. Dövlətin vaxtaşırı dəstək olduğu gənc insanlar meydana gəlib. Bir sözlə, kinodakı vəziyyət önəmlidir. Bu il kino üçün 7,5 milyon manat vəsait ayrıldı. Lakin bu, kino üçün cüzi məbləğdir. Kino mədəniyyətin bir hissəsidir və bu sahəyə xırda məbləğlər ayrılmamlıdır. Rusiyada fotoqrafiya üçün ayrılmış pul Azərbaycanda ümumi kinoya ayrılan puldan qat-qat artıqdır. Prodüserlər qazanacağı pula baxarlar. Dövlət kinonun ideoloji quruluşunun tamamlanmasında maraqlı olmalıdır. Biz indi çox da böyük olmayan pullarla konkurslar elan etmişik, kino məktəbi açmışıq. Mən indi gənc insanlarla və onların layihələri ilə birgə işləyirəm ki, onları yaxşı proqrama hazırlayım və Mədəniyyət Nazirliyi ilə danışıqlar aparaq”.
Kinoda mövcud problemlərə toxunan kinodramaturq onu da qeyd edib ki, bizdə əsas problem maliyyə ilə bağlı olmaqla yanaşı, izləyici problemlərinin də olmasıdır: “Bizdə izləyici yoxdur. Amerikada izləyici var idi. Amerika kinosu ilk olaraq kütləvi izləyici ilə başladı yüksəlməyə. Bizdə vəziyyət, hətta Rusiyadan da pisdir. Rusiya ekranları da 80-90% Amerika filmləri ilə doludur. Rus kinolarına çox az adam baxır. Bizdə isə praktiki olaraq öz filmlərimizə baxan yoxdur. Biz indi daha çox aktiv şəkildə izləyici tərbiyənlənməsi ilə məşğul olmalıyıq. Birlik olaraq Novruz festivalına başlayırıq. Bütün rayonlara səfər etməyi düşünürük. Festival ərəfəsində 10, 20 gün həmin yerlərdə olmağı planlaşdırırıq. Həmin yerlərdə əvvəl çəkilmiş, habelə müasir filmlərimizi təqdim etməyi düşünürük. Gənc kinematoqraf Tahir Tahiroviçin nəinki rayon mərkəzlərinə, hətta kəndlərin içinə belə, getmək imkanı olacaq. Mənim öz dövrümdə etdiyim kimi, indi Bakıda yeni izləyicilər üçün məktəblər açmaq imkanı var. Vacib deyil ki, onlar kinematoqraf olsunlar, ən azından kino savadı alsınlar. Mən bununla hal-hazırda aktiv olaraq məşğul oluram. Demək olar ki, işin yarısını etmişəm”.
R.İbrahimbəyov Bakıda, dünyada analoqu olmayan unikal bir muzey – “Bakı 20-ci əsr” açmasından da bəhs edərək bildirib ki, orada filmlər vasitəsilə Bakının tarixi göstəriləcək. Orada müasir Bakı və Bakının tarixi nümayiş olunacaq. Tamamilə pulsuz olacaq. 40-50 nəfərlik yerimiz olacaq. Turistlər üçün də maraqlı olacaq bu muzey. Daha sonra məktəblilərin burada müntəzəm məşğələləri təşkil ediləcək”.(https://azpost.info)
Azərbaycan Kinematoqrafçılar İttifaqı