“Şərq-qərb.Qızıl tağ” mükafatının növbəti təqdimetmə mərasimi keçirilib

25 oktyabr Moskvada Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun rəhbərliyi ilə təsis olunmuş “Şərq-qərb.Qızıl tağ” mükafatının növbəti təqdimetmə mərasimi baş tutub.

39 ölkədən 65 filmin mübarizə apardığı beynəlxalq kino mükafatının uzun siyahısında Azərbaycan filmləri də yer alıb.

Xəbər verdiyimiz kimi, Rüfət Həsənovun “Daxili ada”, Hilal baydarovun “Səpələnmiş ölümlər arasında” və “beynimdəki mismarlar” sənədli filmləri “East West.Golden arch”(Şərq-Qərb.Qızıl tağ”) kino mükafatının uzun siyahısına daxil edilmişdir. Koronavirus məhdudiyyətlərinə görə, mükfatlandırma mərasimi bütün qaydalara əməl edilərək keçirilib.

Rüstəm İbrahimbəyov mərasimi açaraq bütün iştirakçılara bu çətin zamanlarda dəstək və görüşmək işkanına görə təşəkkür edib: “Özümüz çəkirik, özümüz də mükafatlandırırıq” tipli kino mükafatlarımız çoxdur. Biz isə Amerikadakı “Qızıl qlobus” mükafatını nümunə götürdük. Mükafatı Avrasiya ölkələrinin nüfuzlu tənqidçiləri təqdim edir”.

Qeyd edək ki, mükafatlandırma mərasiminddə kino sənayesinin bir çox tanınmış nüməyəndələri iştirak edib.

Müxtəlif ölkələrin kinotənqidçiləri və kinoşünaslarından ibarət münsiflər heyəti qaliblərin siyahısını təqdim edib.  

  • “Ən yaxşı film ” nominasiyasında rumın rejissoru Rada Judenin “Böyüklər üçün qorxulu film”i qalib gəlib.

Mükafatı kinotənqidçisi, mükafatın proqram direktoru Andrey Plaxov təqdim edib.

A.Plaxov qeyd edib ki, əsas mükafat uzun illər dünya kinosunda liderlik mövqeyini qoruyub saxlayan Rumıniya kinematoqrafiyası layiq görülüb.

O da qeyd olunub ki, həmin film bu il Berlin Beynəlxalq kinofestivalında da qalib gəlib.

  • “Ən yaxşı rejissor” nominasiyalarını Andrey Konçalovski ilə bosniyalı rejissor Yasmila Jbaniç bölüşüblər.

Mükafatı Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy təqdim edib.

  • Ən yaxşı ssenari və operator işinə görə mükafatlar Berlin kinofestivalının 2020-ci ildəki favoritlərinə təqdim olunub.

Ssenariyə görə mükafat Kristi Puya “Malmkroq” filminə görə, ən yaxşı operator işi-Yurgen Yurqes “Dau.Məhvolma” filminə görə mükafat alıb.

aki.az

 

 

 

 

 

 

 

aki.az