«Səlnaməfilm» kinostudiyası yeni filmin çəkilişlərinə start verir
Mədəniyyət Nazirliyinin “Səlnaməfilm” kinostudiyasında yeni sənədli filmin istehsalına başlanıb. Filmin qəhrəmanı, tanınmış partizan, Fransa Müqavimət hərəkatının iştirakçısı Armed Mişel ləqəbli Əhmədiyə Cəbrayılovdur. Fransa arxivlərindən əldə edilən sənədlər əsasında ssenariləşdirilən filmdə paralel olaraq qəhrəmanın bədii obrazı da canlandırılacaq. Çəkilişlərin Şəki, Xaçmaz şəhərləri ilə yanaşı Fransanın Rodez və Montaban bölgələrində aparılması planlaşdırırlır. Filmin ssenari müəllifi və rejissoru Tahir Tairoviç, operatoru Rafiq Əliyev, məsləhətçi Ramiz Abutalıbov, prodüsseri Nazim Hüseynovdur.
aki.az