Səməndər Rzayev - 75
Bu il Azərbaycan Respublikasının Əməkdar artisti Səməndər Rzayevin yubiley yaşıdır. Ömür vəfa etsəydi, mərhum aktyor 75 yaşın sevincini yaşayacaqdı…
S.Rzayev M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsində(1964-1968) təhsil alıb. Rza Təhmasib, Mehdi Məmmədov, Adil İsgəndərov kimi ustadlardan sənətin sirlərini öyrənib.
İnstitutun son kursunda oxuyarkən(1968) baş rejissor Tofiq Kazımovun dəvəti ilə Azərbaycan Dövlət Akademik Dram Teatrının truppasına qəbul edilən aktyorun ilk rolu “Hamlet” (U.Şekspir) tamaşasında Horatsio olur. Həmin ildən ömrünün son günlərinə qəsər adı keçən tetarda çalşır və bir-birindən dəyərli obrazlara can verir. İstər teatrdakı fəaliyyəti, Azərbaycan Dövlət Radiosunun “Bulaq” folklor toplusunda çalışması, səsi ilə proqrama rəng qatması ilə yanaşı, eyni zamanda “Azərbaycanfilm”in istehsal etdiyi bir çox filmlərdə (“Babamızın babasının babası” (1981), “Ad günü” (film, 1977), “Babək” (1979), “Bağ mövsümü” (1985), “Bəyin oğurlanması” (1985), “Çarvadarların izi ilə” (1974), “Evlənmək istəyirəm” (1983), “Qatır Məmməd” (1974), “Qızıl qaz” (1972), “Nəsimi” (1973), “Od içində” (1978), “Ömrün ilk saatı” (1973), “Ömrün səhifələri” (1974), “Sarıköynəklə Valehin nağılı” (1980) və s.) yaddaqalan rollar yaradıb.
Yanvarın 28-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Səməndər Rzayevin 75 illik yubileyinə həsr olunan “Dəli yığıncağı” (C.Məmmədquluzadə) tamaşası nümayiş olunacaq və fotoşəkillərdən ibarət sərgi keçiriləcəkdir.
Azərbaycan Kinematoqrafçılar İttifaqı