Rejissor Azər Quliyevin “Sanki yoxsan” qısametrajlı bədii filmi Sarayevo Beynəlxalq Film Festivalının qısametrajlı film bölməsinin rəsmi müsabiqəsinə seçilib.
Filmdə, ailələri arasında baş verənləri rədd edən sevgililər – Samir və Leyla qaçmağa qərar verirlər. Növbəti gün Samir yoxa çıxır. Ümidsiz vəziyyətdə dolaşan Leyla, Samiri tapmağa çalışır və itirdiyi sevgilisinin naməlum taleyinə qərq olur. Tədricən, Leyla özü də bu sirrin bir hissəsinə çevrilir.
Dünya premyerasını bu il Kann kinofestivalında edən filmin prodüseri “La Luna Productions” şirkəti və Əli-Səttar Quliyedir. Rollarda Milana Həsənova, Oqtay Mehdiyev və Elşən Məmmədov iştirak edirlər.
aki.az