Azərbaycan Kinematoqrafçılar İttifaqı və Litva Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyilə aprelin 18-də “Landmark” biznes mərkəzində rejissor Qiedre Jitskitenin “Sıçrayış” sənədli filminin nümayişi keçirilib.
Tədbirdə Litva Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşları, o cümlədən, AKİ-nin İdarə Heyətinin üzvü Azərbaycan Respublikasının Xalq artisti Şəfiqə xanım Məmmədova da iştirak ediblər.
Film, litvalı dənizçi Simas Kudirkanın azadlığa çatmaq yolundakı “sıçrayışından” bəhs edir. Film nadir arxiv görüntülərinin və 1970-ci illərin ən böyük Soyuq Müharibə iğtişaşlarının dramatik şəkildə yenidən qurulması əsasında ərsəyə gəlib.
aki.az