Tahir Tahiroviç televiziya ilə yollarını ayırıb
ARB ARAN və “Aranfilm” yaradıcılıq mərkəzinin bədii rəhbəri, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü Tahir Tahiroviç televiziya ilə yollarını ayırıb.
3 sentyabr 2016-cı ildə ARB Aran televiziyasının nəzdində yaradılan “Aranfilm” Yaradıcııq Mərkəzi 3 sentyabr 2020-də də fəaliyyətini dayandırıb. Kinorejissor özünün facebook profilində hadisəyə şərh verərək yazır: “Yaradıcılıq Mərkəzində 4 ildə 100-ə yaxın film istehsal edilib. Onların içində idman, portret, elmi-kütləvi, araşdırma kimi işlərlə əlavə qısametraj bədii filmlər də çəkilib. Peşəkar və mehriban bir kollektiv yaradaraq Azərbaycanın mədəni və ictimai həyatına filmlərimizlə rəng qatmaq istədik. Düşünürəm ki, bunu bacardıq”.
Qeyd edək ki, “Aranfilm”in istehsal etdiyi filmlərə Bakıda, eyni zamanda regionlarda mütəmadi baxışlar keçirilib, studiyanın filmləri beynəlxalq festivallarda da iştirak edib. Azərbaycan Kinematoqrafçılar İtttifaqının katibliyindən bildiriblər ki, telekanallarımızın film istehsalı işində potensial əhəmiyyətini qeyd edərək, məhsuldar işi ilə seçilən sənədli film studiyasının fəaliyyətini dayandırması ancaq təəssüf doğura bilər.
aki.az