VII Beynəlxalq Sənədli Film Festivalına ərizələrin qəbulu başladı

DokuBaku, VII Beynəlxalq Sənədli Film Festivalında iştirak üçün ərizələrin qəbulunu elan edir. Builki buraxılışın əsas mövzusu “KosmoDarvinizm: Dolça Əsri”dir.  Festival 26 sentyabr-1 oktyabr 2023-cü il tarixlərində keçiriləcək.

Süni intellekt, klonlaşdırma və kosmik turizm həyatımızın reallığına çevrilib. Bəşəriyyət artıq məchul ilə gerçək, ilahi gücün qəbulu ilə elm arasındakı həddi silir. İnsanlar adi və ənənəvi dünya qavrayışından uzaqlaşır, baxışlarını Yer kürəsindən daha yüksəklərə, daha uzaqlara yönəldərək yeni qaydalar müəyyən edirlər.

Kataklizmlər və müharibələr nəticəsində planetimiz daha sürətlə fırlanmağa başladı, həyatımızın sürəti də günü-gündən artır. Əsrlər boyu həyat tərzi dəyişməmiş əcdadlarımızın yaşayıb-yaratması ilə müqayisədə biz daha sürətlə yaşayır və işləyirik. Bu gün isə müasir texnologiya bizə yeni bir həyat tərzi diktə edir, yaşamağa vaxt tapmaq üçün biz onunla razılaşmaq məcburiyyətindəyik.

İndi, bəşəriyyətin Dolça Əsrinə qədəm qoyduğu bir dövrdə biz qloballaşmaya və günü-gündən sehrbazlıqdan fərqlənməyən elmin sürətli inkişafına hazır olmalıyıq. 30 il əvvəl bizə yalnız ssenaristlərin və yazıçıların ixtirası kimi görünən ideyalar artıq təcəssüm etdirilir və varlığımızın bir hissəsinə çevrilir. Eyni zamanda, Era doqmalardan fərdi daxili azadlığı və hər bir insanın həyatı, harmoniyası və xoşbəxtliyi üçün şəxsi məsuliyyətini daşıyır. Qarşıdakı dəyişikliklərin öhdəsindən nə dərəcədə yaxşı gələcəyimizi zaman göstərəcək.

​Builki festivalın məqsədi sənədli film yaradıcılarının mövcud dəyişikliklər haqqında nə düşündüklərini öyrənmək və  bəşəriyyətin dövrümüzün  çağırışı olan rəqəmsallaşma, həyatın çılğın tempi, insana dəyər verənlərin, texnologiyaları cəlb etmədən insanların uğur qazanmaq cəhdlərinin öhdəsindən daha yaxşı gəlmək yollarına dair kinematoqrafik araşdırmalarla bölüşməkdir.

Bütün kinematoqrafçıları, aşağıdakı nominasiyalar üzrə təqdim olunacaq əsas müsabiqədə iştirak etmək üçün dəvət edirik:

– Ən yaxşı beynəlxalq tammetrajlı sənədli film

– Ən yaxşı beynəlxalq qısametrajlı sənədli film

– Uşaqlar üçün ən yaxşı sənədli film (DokuKids)

– DokuDarwin: ən yaxşı yerli sənədli film

– Əsas müsabiqəyə daxil olmayan filmlər

Erkən müraciət üçün tarix – 25 may 2023-cü il.

Aralıq müraciət üçün tarix  – 25 iyun 2023-cü il.

Müraciət üçün son tarix: 25 iyul 2023-cü il.

Seçilən filmlər 25 avqust 2023-cü il tarixində elan ediləcək.

Festivala ərizə müraciəti  https://filmfreeway.com/DBIDFF platformasında həyata keçirilir.

Xatırladaq ki, bir neçə ildir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı DokuBaku festivalının partnyorudur və festivala maddi və təşkilati dəstək göstərir.

aki.az