VIII “DokuBaku” Beynəlxalq Sənədli Film festivalının qalibləri müəyyən olunub
“Baku Cinema Breeze” layihəsi çərçivəsində keçirilən festival Azərbaycan Kinematoqrafçılar İttifaqı, AR Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyilə təşkil olunub.
Builki festivalda ənənəvi “Ən yaxşı tammetrajlı sənədli film”, “Ən yaxşı qısametrajlı sənədli film”, “Ən yaxşı yerli sənədli film” kateqoriyaları, “Müsabiqədənkənar sənədli filmlər” bölmələrindən əlavə, yeni “Doku-uşaqlar” kateqoriyası da təsis olunub.
Festivalın müsabiqə kateqoriyaları üzrə qalibləri, məşhur polşalı rejissor Pavel Lozinski, tacik kinotənqidçisi Şarofat Arabova, serbiyalı prodüser və sənət tarixçisi Mara Peohaska Markoviç, rumıniyalı kinotənqidçi Alin Ludu Dumbrava, azərbaycanlı ssenarist və yazıçı Nərgiz Bağırzadə, Tbilisi Müasir Rəqs Festivalının direktoru Tamuna Qurçiani, Sovet və Rusiya bədii və sənədli filmlər rejissoru, tarixçi, ssenarist Yevgeni Tsımbal, azərbaycanlı rejissor və prodüser Seyran Mahmudoğlu, azərbaycanlı rejissor və prodüser AKİ katibi Oleq Səfərəliyev və başqa digərləri müəyyən ediblər.
VIII “DokuBaku” Beynəlxalq Sənədli Film festivalının qaliblərini təqdim edirik:
“Ən yaxşı qısametrajlı sənədli film” kateqoriyası üzrə:
“Elə o vaxtdan mən uçuram” / Rejissor: Aylin Gökmen (İsveçrə)
“Ən yaxşı qısametrajlı sənədli film” kateqoriyası üzrə münsiflər heyətinin xüsusi mükafatı:
“4:30” / Rejissor: Vasili Ovçinnikov (Rusiya)
“Ən yaxşı yerli qısametrajlı sənədli film” kateqoriyası üzrə:
Birinci yer: “Kaifunun çağırışı” / Rejissor: Ağaəli Sədirli
İkinci yer: “Fəsillər” / Rejissor: Pərviz Həsənov
“Ən yaxşı yerli qısametrajlı sənədli film” kateqoriyası üzrə münsiflər heyətinin xüsusi mükafatı:
“Tanrının xilas əli” / Rejissor: Babək Abbaszadə
“Ən yaxşı tammetrajlı sənədli film” kateqoriyası üzrə:
“Aqatanın üzləri” / Rejissor: Malqorzata Kozera (Polşa)
Münsiflər heyətinin xüsusi mükafatı:
“Qar durnalarının anası” / Rejissor: İris Harma / (Finlandiya)
“Bir qərib axtarışı” / Rejissor: Andrea Qatopulos / (İtaliya)
“Müsabiqədənkənar sənədli filmlər” kateqoriyası üzrə:
“Bu vəhşi pişiklər” / Rejissor: Stiv Patri / (Kanada)
Kateqoriya üzrə “Xüsusi xatırlatma”
“Alice On & Off” / Rejissor: İzabela Tent (Rumıniya)
“Missis Byüika” / Rejissor: Yudjin Byüika (Rumıniya)
“Müsabiqədənkənar ən yaxşı qısametrajlı sənədli film” kateqoriyası üzrə:
“Sizi tanımaq” / Rejissor: İoanna Krjevska (Polşa)
Kateqoriya üzrə “Xüsusi xatırlatma”
“Estabana” / Rejissor: Hektor Almeida (Kuba)
“Tamaşaçıların seçimi” kateqoriyası üzrə:
“Mən bu gün ölü oyanmadım” / Rejissor: Erin Makferson (Belçika)
Festivala ümumilikdə 35-ə yaxın ölkədən 80-ə yaxın tammetrajlı və qısametrajlı sənədli film qəbul olunub.
Azərbaycan Kinematoqrafçılar İttifaqı DokuBaku Beynəlxalq Sənədli Film Festivalı ilə əməkdaşlıq çərçivəsində hər il olduğu kimi, bu il də festivala maliyyə və informasiya dəstəyi göstərib.
aki.az