Yavər Rzayev: Mənim üçün bədii və sənədli kino arasında sərhədlər yoxdur
Növbəti podkastımızın qonağı kinorejissor Yavər Rzayev bədii və sənədli kinonun sərhədi, müəllif kinosunun xüsusiyyətləri, aktyor seçimində müşahidə manerası, sənədli kinonun dramaturji modelindən danışıb. Əlində imkan olsaydı ”Sarı gəlin” filmini çəkməzdi deyən rejissor, quruluş verdiyi filmlərin pərdəarxasından bəhs edib.