Yeni film şirkəti fəaliyyətə başlayıb

Azərbaycanda film, serial, reklam çarxı, multimedia və s. bu kimi sahələrdə fəaliyyət göstərən yeni bir şirkət – KAC Group Media MMC öz fəaliyyətinə start verib.

Qeyd edək ki, KAC Group Media MMC şirkəti çoxşaxəli fəaliyyət göstərən istehsal (prodakşn) şirkəti olmaqla yanaşı, prodüser mərkəzi kimi də məhsuldar fəaliyyət göstərir.

Şirkət Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, prodüser Amiran Babayev tərəfindən yaradılıb.

11 ildir ki, Xəzər Televiziyasında kreativ prodüser kimi çalışan A.Babayev bildirib ki, çoxillik televiziya və media təcrübələrinə əsaslanaraq KAC Group Media MMC şirkətini yaradıb: “KAC Group Media–nın ən böyük uğurlarından biri də peşəkar, həvəsli və olduqca məsuliyyətli kollektivlə fəaliyyətə başlamasındadır. İstedadlı gənclərə də dəstəyimizi əsirgəməyəcəyik”.

A.Babayev qeyd edib ki, KAC Group Media şirkətinin hədəfləri böyükdür: “ İlk növbədə Azərbaycanda kifayət qədər maraqlı və kreativ işlər görüb daha sonra sərhəddən kənarda vətənimizi layiqincə təmsil etmək fikrindəyik”.
Şirkət rəsmi olaraq bu ilin martında yaradılmasına baxmayaraq, qısa müddətdə yeni layihələrə öz imzasını atıb.

aki.az