25 Noyabr bədii və animasiya film ssenarilərinin qəbulu başa çatır

Mədəniyyət Nazirliyi kinematoqrafiya sahəsində fəaliyyət göstərən şəxslərə dəstək olmaq, yeni yaradıcı qüvvələri kinodramaturgiya sahəsinə cəlb etmək məqsədilə bədii və animasiya film ssenariləri müsabiqəsi elan edib. Nazirliyin saytından əldə etdiyimiz məlumata görə, müsabiqədə ssenari yaradıcılığı ilə məşğul olan şəxslər iştirak edə bilər, yaş məhdudiyyəti yoxdur.

  • Müsabiqədə iştirak etmək üçün azbüdcəli tammetrajlı bədii, həmçinin uşaq mövzusunda bədii, qısametrajlı bədii və animasiya filminin ssenarisi (elektron variantda CD diskdə və çap olunmuş variantda, şrift Courier New, ölçü 12), şəxsiyyəti təsdiq edən sənədin surəti və müəllif haqqında məlumatın təqdim edilməsi tələb olunur;
  • Müsabiqəyə qatılmaq üçün film ssenarisi (və ya ssenariləri) və tələb olunan sənədlər 2019-cu il noyabr ayının 1-dən 25-dək (Azərbaycan Dövlət Film Fondu – ünvan: AZ 1065, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 10) təqdim edilməlidir.
  • Hər bir müəllif müsabiqəyə vətənpərvərlik, milli-mənəvi və ümumbəşəri dəyərlər, yeniyetmə və gənclər, eləcə də müasir həyatın digər prioritet mövzularında ən çoxu iki film ssenarisi təqdim edə bilər. Qaliblərin adları 2019-cu il dekabr ayının 20-dək “Mədəniyyət” qəzetində açıqlanacaq.

Azərbaycan Kinematoqrafçılar İttifaqı